• $
  • €
  • ₽
  • ₺
  • £

Nəqliyyat sistemi kontaktsız ödənişlərə keçdi

Nəqliyyat sistemi kontaktsız ödənişlərə keçdi
17.09.2014 23:56
“Transport for London” təşkilatı London metropoliteni, “London Docklands” ərazisinin yüngül metrosu, yerüstü qatarlar və digər nəqliyyat vasitələri xidmətləri üçün kontaktsız ödəniş servisini istifadəyə verib. Xidmətdən “American Express”, “MasterCard” və ya “Visa” ödəniş kart seriyalarının, o cümlədən debet, kredit və digər kart sahibləri istifadə edə biləcək. Bank kartları vasitəsilə həyata keçirilən kontaktsız ödənişlərdən sentyabrın 16-dan bütün nəqliyyat vasitələrində istifadə edilməyə başlanıb. Hazırda paytaxt sakinləri “Oyster” xüsusiləşdirilmiş elektron kartlardan tam imtina edərək gediş üçün daha rahat ödəniş sisteminə keçmək imkanı əldə ediblər. Bank kartı ilə ödəniş prinsipi “Oyster” nəqliyyat kartlarının işindən fərqlənmir. Gediş haqqını ödəmək üçün kartın terminala yaxınlaşdırılması tələb olunur. Yeni ödəniş sistemi gediş haqqını London nəqliyyatında qüvvədə olan xüsusi təkliflərə uyğun tənzimləyəcək. Belə ki, gün ərzində nəqliyyatdan çox istifadə edən sərnişin hər gün məhdudiyyətsiz gediş biletindən (Day Travelcard) istifadədə olduğu kimi, çox pul sərf etməyəcək. Böyük Britaniya ərazisindən kənarda buraxılan kart sahibləri ödəniş kartının Londonun gediş haqqı servisi ilə uyğun gəlməsini dəqiqləşdirmək üçün banka müraciət etməlidirlər. Bank kartı ilə gediş üçün kontaktsız ödəniş sistemi Böyük Britaniyada yenilik hesab edilmir. Çünki 2012-ci ildən London avtobuslarında ödənişlər həyata keçirilir. Xidmətin fəaliyyətdə olduğu ilk altı ay ərzində ondan 825 min nəfər 17 milyon gediş üçün istifadə edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol