• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD əmiri: “Biz cihadı Qafqaza gətirəcəyik”

İŞİD əmiri: “Biz cihadı Qafqaza gətirəcəyik”
28.05.2020 22:35

İŞİD tərkibində döyüşən Qafqaz əmirliyinin əmiri Müslüm Şişani təşkilata yaxın saytlara müsahibəsində apardıqları cihad və bir gün bunun Qafqazda da baş verməsi perspektivlərindən danışır.

Publika.az xəbər verir ki, Şişani vaxtilə çeçenlərin apardıqları cihadın zəifləmə səbəblərini izah edir: “Qafqazda cihad ona görə zəiflədi ki, maliyyə problemləri yarandı, həmçinin, Şamil Basayev, Dokku Umarov kimi liderlər şəhid oldu. Mən Çeçenistanda iki il yarım həbsdə qaldım. Allahın köməyi ilə qaçdım və qardaşlara qoşulmaq istədim. Bu qışda baş vermişdi, qardaşlar dedilər ki, mən baharı gözləməliyəm. Biz Qafqazda çox mübarizə apardıq. Əvvəlcə Şamil Basayev şəhid oldu, daha sonra Dokku Umarov. Bizim çoxumuz cihad ardınca Suriyaya gəldik. Bu gün burda Qafqaz əmirliyi altında Allahın cihadını aparırıq”. 

 

Şişani Qafqaz müsəlmanlarına söz verir və bildirir ki, onları unutmayıblar.

“Biz bütün Qafqazın müsəlman qardaşlarına deyirik ki, səbirli olun. Biz cihadı Qafqaza gətirəcəyik və buna qədər yaşayacağıq. Ümid edirik ki, qafqazlılar gözləyəcək, Allahın yolundan dönməyəcək. Çünki bizlər SSRİ kimi imperiyanı çökdürmüş xalqlarıq. Biz ayrı-ayrı xalqlar olsaq da məqsədimiz eynidir. Biz sizinlə maraqlanırıq və sizə kömək etməyin yollarını axtarırıq.

Mən Qafqazda bütün qardaşlara demək istəyirəm ki, onlar düşünməsinlər ki, biz onları unutduq. İnşallah biz Qafqazda da cihada kömək edəcəyik. Çünki bir heç vaxt Qafqazı unutmadıq. İnanırıq ki, Allah Qafqazda kafirlərlə mübarizə aparmaq üçün bizə şans verəcək. Biz burda həm də təcrübə toplayırıq. Bu sadəcə silahlı qüvvələrin formalaşması deyil, həm də cihad hissi ilə ülviləşməkdir. Siz bilin ki, biz Qafqazda cihadı bərpa etmək üçün yeni qüvvələrə malik olandan sonra, bu gün dünyada baş verənlər olmayacaq. Biz sizdən xahiş edirik ki, gözləyin, o an üçün yaşayın. Öz qohumlarınızı, ətrafınızı gücləndirin. Biz də sizlərə kömək etməkdən şad olacağıq”, - deyə Qafqaz əmiri bildirir.

Daha sonra o, Qafqaz əmirliyində təkcə çeçenlərin olmadığını deyir. Bildirir ki, əmirliyin tərkibində Rusiyanın müxtəlif yerlərindən, Cənubi Qafqazdan olan qardaşlar var. Lakin o, konkret hansısa millətin adını çəkmir.

“Millətindən asılı olmayaraq, Allahın dini uğrunda döyüşən, şəhid olan hər kəs qardaşdır”, -deyə bildirir.

Qeyd edək ki, Qafqaz əmirliyində azərbaycanlıların da olduğu məlumdur. Belə ki, İŞİD tərkibində döyüşən azərbaycanlılar Suriyada ayrıca camaat halında formalaşıblar, lakin İraqda onlar Qafqaz əmirliyinə tabedirlər.

 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol