İran: Nüvə müzakirələrindən müsbət nəticə gözləmirik

İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi nüvə müzakirələrindən müsbət nəticə gözləmədiklərini bildirib.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Əraqçi 5+1 ölkələri ilə Nyu-Yorkda baş tutacaq toplantıda müsbət nəticə əldə edilməsinə ümidi olmadığını söyləyib: "Bir sıra məsələlərdə anlaşılmazlıqlar var. Nüvə enerjisi haqqımız bizim qırmızı xəttimizdir. Ümid edirəm müzakirələrdə bizim bu haqqımız qorunar, həm də qarşı tərəfin narahatlıqları aradan qalxar".Qeyd edək ki, İranla 5+1 ölkələri arasındakı müzakirələrin BMT-nin Baş Assambleyası toplanan zaman baş tutması gözlənilir.ANN.Az
Son xəbərlər 
Daha çox 























