• $
  • €
  • ₽
  • ₺
  • £

Elxan Şahinoğlu: “Rusiyanın itkiləri daha çoxdur” - AÇIQLAMA

Elxan Şahinoğlu: “Rusiyanın itkiləri daha çoxdur” - AÇIQLAMA
12.09.2014 10:29

"Münaqişənin həllinin yaxınlaşdığını söyləmək hələ tezdir. Düşünmürəm ki, Rusiya Ukraynadan belə tez əl çəksin. Onlar çalışacaqlarki, Ukraynanın şərqində də Dağlıq Qarabağa bənzər seperatçı bir dövlətyaratsınlar" -  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu ANN.Az-a açıqlamasında Ukrayna böhranını şərh edib.

Onun sözlərinə görə, qərb, Ukrayna və Rusiyanın maraqları yenə də toqquşacaq: "Rusiyanın itkiləri olduqca çoxdur. Qazancı Krımı işğal etmək və Ukraynanın şərqində seperatçı bölgəni əldə etmək oldu. İtkiləri daha böyükdür. Dünyanı yenidən soyuq müharibəyə gətirib çıxartdı. Qərblə münasibətləri gərginləşdirdi. Qonşu ölkələr Rusiyadan çəkinməyə başladı. Hətta ən yaxın müttəfiqi Qazaxıstan belə ehtiyat edir. NATO yeni raketlərin Şərqi Avropa və Baltikyanı ölkələrdə yerləşdirilməsi ilə bağlı qərar verib. Bu da Rusiyanın maraqlarına cavab vermir. Putin istəmirdi ki, NATO şərqə doğru genişlənsin. Amma Ukrayna böhranından sonra NATO Rusiyanı özünə təhlükə kimi görməyə başladı. Əslində Rusiyanın itkiləri böyükdü. İndi bu görünməsə də, bir müddətdən sonra Rusiya çətinliklərlə üzləşəndə insanlar da başa düşəcək ki, Putin əslində avanturist siyasət həyata keçirib". 

Politoloq xatırladıb ki, bir vaxtlar Qərbin beyin mərkəzləri SSRİ-ni çökdürmək üçün necə planlar hazırlayırdı: "Nəticədə SSRİ çökdü. Düşünürəm ki, Rusiyanın Ukrayna siyasətindən sonra Qərbdə yenə də Rusiyanı çökdürmək üçün müəyyən planlar hazırlanacaq. Rusiyanın əsas gəlir mənbəyi qaz və neft satışıdır. Qaz və neft satışında problemlər yaransa, qiymətlər düşsə, Rusiya çox böyük çətinliklərlə üz-üzə qalacaq. Qərbin də planı belədir. Rusiya belə bir çətinliklərlə qarşılaşdıqda əvvəlki kimi seperatçılara dəstək verə bilməyəcək”.

Mehman

 ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol