• $
  • €
  • ₽
  • ₺
  • £

“Huffington Post” Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllindən yazdı

“Huffington Post” Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllindən yazdı
05.09.2014 15:56

“Bakı üçün başqa variant qalmır”.

ABŞ-ın “Huffington Post” onlayn qəzeti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə dərc edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, siyasi analitik Klod Salhaninin müəllifi olduğu məqalədə Azərbaycan və Ermənistanın atəşkəsə baxmayaraq, müharibə şəraitində olduğu, 20 ildir “dondurulmuş münaqişə” ətrafında nəticəsiz danışıqların getdiyi qeyd olunur.

Analitik yazır ki, ortada üç həll variantı müzakirə olunur:

“Hər variant tərəflərdən hansı üçünsə “turş” dad verir, çünki ortada sehrli həll yolu yoxdur. Lakin qanlı münaqişənin həllini axtarmağın reallığı da budur. Tərəflər “status-kvo”nu davam etdirməyə razılaşa və ya razılaşmaya bilərlər. Onlar vaxtaşırı silahlı toqquşmalara və bir-birinə zərbə vuran ritorikaya davam edə bilərlər. Belə olduğu halda Azərbaycanın 20 faiz ərazisini işğal etmiş Ermənistan bu əraziləri hələ də nəzarətdə saxlamaqla müvəqqəti üstünlük əldə edir, lakin bu, hərbi qarşıdurmanın qızışmasına aparır. Belə olduğu halda, Bakı üçün başqa variant qalmır”.

Müəllif qeyd edir ki, nə qədər arzuolunmaz olsa da, hərbi qarşıdurma yeganə həll yolu kimi görünə bilər:

“İrəvanın nəzərə almalı olduğu iki yeni faktor var: Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident, Əhməd Davudoğlunun isə baş nazir olması. Bu iki şəxs Azərbaycanın inadlı dəstəkçiləridir və rəsmi Bakıya işğal olunmuş əraziləri azad etməkdə dəstək vəd ediblər. Türkiyə Azərbaycanla həmrəylik nümayiş etdirərək, Ermənistanla sərhədlərini bağlayıb”.

Ermənistan isə bir çox yerli “başağrılara” və daxili iqtisadi, siyasi və sosial çətinliklərinə baxmayaraq, hazırda Rusiyanın himayəsi altında özünü nisbətən toxunulmaz hiss edə bilər. Lakin Rusiyanın Ukrayna münaqişəsi kimi başqa bir münaqişəyə daha çox cəlb olunması ilə Ermənistanın vəziyyəti də bir anda dəyişə bilər. Bu, Ermənistanı “soyuqda” köməksiz buraxa bilər.

K.Salhani ikinci variant kimi hərbi yolu görür və bu həll variantında Azərbaycan ordusunun üstünlüyünə diqqət çəkir. Lakin analitik müharibəni regionun təhlükəsizliyi baxımından əlverişli həll yolu hesab etmir. O, sonuncu variant kimi ən real həll yolunu dialoq və sülhdə görür:

“Bu, ən gözəl variant olsa da, düşmənləri danışıqlara cəlb etmək baxımından da ən çətin variant olacaq. Münaqişə mahiyyət etibarilə heç də asan həll olunası problem deyil. Lakin səmərəli dialoq üçün hər iki tərəfin görüşlərin davam etməsində maraqlı olması lazımdır. Cəbhədə qarşıdurma davam etdiyi bir zamanda dialoqu uğurla aparmaq çox çətindir”.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol