• $
  • €
  • ₽
  • ₺
  • £

“The Economist”: “Bakı Qarabağ məsələsində Qərbə inanmır”

“The Economist”: “Bakı Qarabağ məsələsində Qərbə inanmır”
05.09.2014 15:30

Uelsdə keçirilən NATO sammiti çərçivəsində baş tutan Əliyev-Kerri-Sərkisyan danışıqları fonunda Britaniyanın “The Economist” həftəliyi Dağlıq Qarabağ münaqişəsinə yer ayırıb.

Virtualaz.org saytının xəbərinə görə, “Dağların münaqişəsi” adlı məqalədə deyilir ki, erməni və azərbaycanlı əsgərlərin mövqelərini cəmi 150 metr məsafə ayırır. Qondarma “Dağlıq Qarabağ” qüvvələrinin zabiti deyir ki, bu yay ötən yaylardan daha gərgin keçdi.

“Bu, Ukrayna hadisələrinin əks-sədası idi” - deyə məqalədə bildirilir.

“The Economist” 1988-ci ildə başlayan münaqişədə 30 mindən çox adamın həlak olduğunu, Azərbaycanın ərazilərinin bir hissəsini itirdiyini xatırladır.

Nəşr yazır ki, 1994-cü ildə bağlanmış atəşkəs razılaşması kövrəkdir və təmas xəttində atışmalar əvvəllər də tez-tez baş verib. Lakin bu il toqquşmalar daha ciddi oldu, xüsusi təyinatlıların reydi adi xarakter aldı, snayper atəşləri artdı. Və bu gərginlik Azərbaycan-Ermənistan sərhədi boyu da yayıldı.

Nəşr Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən görüşdən sonra gərginliyin azaldığını qeyd edir.

Karnegi Fondunun eksperti Tomas de Vall bildirir ki, tərəflərin beynəlxalq vasitəçilərə və təhlükəsizlik təminatına inamı artıq sarsılıb. ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayza da bu fikirdədir. O deyir ki, Bakının rəsmi şəxsləri suverenlik və öz müqəddəratını təyinetmə məsələsində ikili standartlara yol verildiyini görürlər.

“Onlar sual edirlər ki, nəyə görə Qərb Krımın ilhaqına görə Rusiyanı cəzalandırır, ancaq Ermənistana Qarabağın işğalına görə heç bir sanksiya tətbiq etmir. Çoxları sual edir ki, nəyə görə Qərb Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün güc tətbiq etməsini dəstəkləyir, ancaq Azərbaycanı dözməyə və ancaq sülh yolunu seçməyə çağırır. Nəticədə Azərbaycan Qərbin münaqişəni həll etmək qabiliyyətinə etimadını itirir” - deyə Brayza bildirir.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol