• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan Rusiyanın əleyhinə gedir? - Nazarbayevdən mühüm açıqlamalar

Qazaxıstan Rusiyanın əleyhinə gedir? - Nazarbayevdən mühüm açıqlamalar
03.09.2014 11:33

Nazarbayev: Qazaxıstanın təhlükəsizliyinə təhdid var

"Ukraynadakı durumun gərginləşməsi beynəlxalq əlaqələrin mürəkkəbləşməsinə səbəb olacaq", - bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2 sentyabrda respublika parlamentinin 5-ci çağırışının 4-cü sessiyasının açılış mərasimində deyib. 

ANN.Az-ın "segodnya.ua"ya istinadən verdiyi məlumata görə, prezidentin sözlərinə görə, dünyada geopolitik risklər artır, "dünya ÜDM-sinin 60 faizini özündə birləşdirən dövlətlərin bir-birinə tətbiq etdiyi qarşılıqlı sanskiyalar isə iqtisadi əlaqələrin və dünya düzəninin dəyişməsinə səbəb olacaq".

Qazax prezidentinin sözlərinə görə, belə çətin şərtlər olduğu təqdirdə, "iqtisadiyyata, xalqın rifahına və Qazaxıstanın təhlükəsizliyinə zidd olan neqativ halların qarşısını almaq üçün mümkün olan bütün addımları atmaq lazımdır". "Mənim tapşırığımla hökumət artıq bu işlərlə məşğul olur. Bu gün açılan pəncərələrdən və imkanlardan yararlanmaq üçün parlamentlə hökumətin birgə çalışması çox vacibdir", - dövlət başçısı deyib. 

Nazarbayev deputat məzuniyyətlərinin ixtisar olunmasını təklif edib, çox güman ki, səbəb dünyadakı vəziyyətin gərginləşməsidir. "Deputat məzuniyyətlərinin ixtisar edilməsi barədə mənim sizdən xahişim var... Belə qərarlar digər ölkələrin parlamentlərində də qəbul olunur...", - Nazarbayev deyib. 

Maraqlıdır ki, özünün geopolitika ilə bağlı çıxışında Nazarbayev iqtisadi məsələlər ilə yanaşı, ölkəsinin təhlükəsizliyi məsələsinə də xüsusi yer ayırıb. 

Belə görünür ki, iqtisadiyyatla hər şey aydındır, Moskva, AB və ABŞ-ın sanksiyaları iqtisadiyyata öz təsirini göstərəcək. Rusiya və Qərbin bir-birinə qarşılıqlı sanskiyalar tətbiq etməsi Qazaxıstana birbaşa təsir edəcək. Qazaxıstan Rusiyanın bəzi məhsulların Avropadan ixracına qadağa qoymasıyla, məhsullarını Rusiya bazarlarına çıxarmaq kimi imkan əldə edə bilər. Ancaq Rusiyada keçmiş sovet ölkələri vasitəsiylə "qanunsuz malların Rusiyaya ixracının" qəbuledilməz olduğu barədə açıqlama verilib.  Bununla belə, Ukraynada yaşanan böhranın Rusiyanın təşəbbüsü ilə yaradılan Gömrük və Avrasiya Birliyinə təsir etməsi RF-nin partnyorlarında, o cümlədən Qazaxıstanda narahatçılıqla qarşılanmaması mümkünsüzdür. 

Xatırladaq ki, rusiyalı politoloqların, xüsusilə V. Putinin və Kreml yönümlü Vladimir Jirinovskinin Qazaxıstan dövləti və bu ölkədə rusofob meyillərin yaranması ilə bağlı açıqlamaları, Qazaxıstanda təhlükəsizliklə bağlı "neqativ hallar" kimi xarakterizə edilib. 

Qeyd edək ki, Rusiyadan gələn belə açıqlamalardan sonra, Qazaxıstan prezidenti Nazarbayev açıqca bəyan etmişdi ki,  ölkəsi Avrasiya İttifaqından çıxa bilər. Ekspertlər bildirirlər ki, iki ölkə arasında baş verən gərginliyin yaranmasına səbəb Nazarbayevin Ukrayna hökumətinə Avropa Birliyi ilə sazişi bağladığına görə dəstək verməsi ola bilər. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol