• $
  • €
  • ₽
  • ₺
  • £

“Lotu Qulu” türmədən titul payladı

“Lotu Qulu” türmədən titul payladı
02.09.2014 14:00
Bu günlərdə Türkiyədə iri oğru yığıncağı olub, burada iki azərbaycanlı “qanuni oğru” adını alıb.ANN.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Praym Kraym” nəşri bildirib.Nəşrin məlumatına görə “ad vermə” mərasimi azərbaycanlı “qanuni oğru” “Lotu Qulu” kimi tanınan Nadir Səlifovun ad günündə baş tutub. Ad günü şərəfinə qonaqları onun kiçik qardaşı Namiq Səlifov yığıb. Səbəbkar isə təbrikləri 1996-cı ildən sakini olduğu 8 nömrəli Bakı koloniyasında, skype vasitəsilə qəbul edib.Səbəbkarının təklifinə görə onun iki yaxını: Rafet Əlibayramlı və Ceyhun Gəncəli titul alıblar.Qeyd etmək lazımdır ki, yeni “qanuni oğru” Rafet Əlibayramlının bu günə qədər KİV səhifələrində adı çəkilməyib. Amma Vesti.Az söhbətin kimdən getdiyini və hansı qabiliyyətinə görə “qanuni oğru” adını almağa layiq görüldüyünü öyrənməyə müvəffəq olub.  Vesti.Az-a verilən məlumata görə Şirvan rayon polis idarəsində 1979-cu il təvəllüdlü Əmirov Rafet Əlirza oğlu Hacıqabul rayon sakini olan digər kriminal ünsür Babayev Əli  Mirzəağa oğlunun qətlinə görə 2010-cu ildən federal axtarışdadır. Rafet Əlibayramlı onu tapançadan atəş açaraq qətlə yetirib.Bundan başqa polis idarəsində bildiriblər ki, əgər Əmirovun ad alması məlumatı həqətdirsə, o Türkiyəyə saxta sənədlərlə gedib. 4 ildir ki, onu Rusiya hüquq-mühafizə orqanları axtarır. Əmirovun əli qanlı olmasından bütün azərbaycan kriminal avtoritetləri xəbərdardır. Yeri gəlmişkən bu avtoritetlərin çoxu Lotu Qulunun göstərişinə baxmayaraq onu qanuni oğru hesab etmək istəmirlər.Ceyhun Gəncəliyə gəldikdə isə onun barəsində bu ilin iyul ayında Edirnə şəhərində polisin qətlində əli olmasına dair məlumatdan başqa heç bir məlumat yoxdur.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol