• $
  • €
  • ₽
  • ₺
  • £

“Əl-Qaidə”nin birinci xanımı

“Əl-Qaidə”nin birinci xanımı
28.08.2014 22:21
ABŞ Siddiyin həbs olunmasının İslam aləmində mənfi qarşılanmasında narahatdır.

Amerikanın nüfuzlu “Foreign Policy” jurnalının kolumnisti Şeyn Harris “Əl-Qaidə” terror təşkilatının əsas simalarından biri, hazırda Amerika həbsxanalarından birində “terroçuluq” fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən paksitanlı Afiyə Siddiylə bağlı məqalə yazıb. ANN.Az Modern.az-a istinadən həmin məqaləni təqdim edir.Taliban onu Berqdala, “İslam dövləti” isə Foluiyə dəyşiməyi təklif edir. Bəs, niyə bütün cihadçı təşkilatlar ABŞ-ın Afiyə Siddiyi azad etməsini arzulayır?“İki il öncə Amerikanın milli təhlükəsizlik sahəsində çalışan dövlət işçiləri pakistanlı məmurlardan cazibəli təklif aldılar. Əəgr Amerika “adam öldürməyə cəhd”də təqsirli bilinərək üzünmüddətli həbs cəzasına məkhum edilən Pakistan vətəndaşını azad etsə, rəsmi İslamabad 2009-cu ildən itkin düşənlər siyahısında olan amerikalı çavuş Boui Berqdalı azad etməyə cəhd göstərəcək. Hesab olunurdu ki, Beqrdal Pakistandakı talibançıların girovluğundadır”.   “Təkliflə tanış olan hazırki və sabiq amerikalı məmurların sözlərinə görə Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçiləri dərhal rədd cavabı veriblər. Məsləhətçilərin fikrincə, 2010-cu ildə Əfqanıstanda amerikalıları öldürməyə cəhd gösətərən və “Əl Qaidə” ilə əlaqədə olan Afiyə Siddiyin azad olunması administrasiyanın terror təşkilatlarına güzəştə getməməklə bnağlı seçdiyi strategiyaya ziddir. Bu həm də potensial təhlükəli döyüşçünün azadlığa çıxması demək olardı.“42 yaşlı Siddiy terrorla mübarizə dairələrində “Əl-Qaidənin birinci ledisi” kimi tanınırdı. O 11 sentyabr terror aktlarının təşkilatçısı Xalid Şeyx Məhəmmədlə bağlı idi və bir ara Federal Təhqiqatlar Bürosu tərəfindən ən çox axtarılan cinayətkarla siyahısına daxil edilmişdi. ABŞ-da – Massaçusets Texnoloji İnstitutunda təhsil alan və Braydeys universitetində dissertasiya işini müdafiə edən Siddiy 2008-ci ildə Əfqanıstanda həbs olunmuşdu. Onun üzərində sianid-natrium maddəsi, kimyəvi silah hazırlamaq, “çirkli nüvə silahlatı yaxud Ebol virusundan bioloji silah kimi istifadə etmək barədə təlimat kitabları aşkar olunmuşdu. FTB və hərbçilər Siddiyi sorğu- sual edən zaman o, diqqətdən yayınaraq stolun üzərindəki tapançanı götürüb və amerikalılara atəş açıb.     “Radikallar dəfələrlə bəyan edirblər ki, Siddiy azad olunmazsa Berqdalı edam edəcəklər. Ötən həftə jurnalist Ceyms Foulini edam edən “İslam dövləti” onu da azad etmək üçün Siddiyin qeyd-şətrsiz azad olunmasını tələb edirdilər. Bir neçə gün öncə isə “İslam dövləti” humanitar təşkilatlarla əməkdaşlıq edən 26 yaşlı amerikalı girov qadını öz xanıml liderləri ilə dəyişmək üçün təklif göndərib”.Paralel olaraq Ağ Ev Siddiyn ameriaklı girovlarla dəyişdirliməsi şətrlərini inadla rədd edir. Pentaqonun bir qrup mütəxəssisi isə qanunvericilikdəki bir bəndə əsasən bu girov dəyişikliyinin gerçəkləşdirliməsini təklif edib.“Prezident Barak Obama ya Siddiyi əfv etməli, yaxud onun cəzasını yüngülləşdirməli olacaq. Çünki pakistanlı məhbusların öz ölkələrində cəza çəkməsi ilə bağlı ABŞ və Pakistan arasında dövlətlərarası müqavilə yoxdur. Ekspertlərin fikrincə, Amerika terrorçularla kompromiss anlaşma əldə edə bilərdi lakin buna görə ictimaiyyətin sərt qınağı ilə üzləşəcəyindən çəkinir.  Siddyin işi Pakistanda böyük rezonans doğurmuşdu. 2010-cu ildə onun ABŞ-da həbsxanya salınması Pakistanda geniş etiraz aksiyaları ilə müşahidə olunurdu.Wikilekas-in ortaya çıxadrığı diplomatik sənədlərdən aydın olur ki, Dövlət Departamentinin depeşalarında Siddyin həbs olunmasının İslam aləmində mənfi qarşılanmasında narahatdır. Çünki hadisə əvvəlki şübhənin yəni xanım terrorçunun FTB və Pakistan xüsusi xidmət orqanları tərəfindən keçirilən ortaq əməliyyta zamanı həbs olunması və qanunsuz olaraq Əfqanıstana aparılaraq “amerikalı əsgərlər tərəfindən mənəvi və fiziki işgəncələrə məruz qalması” ehtimalını gündəmə gətirmişdi. Ölzərini “Əfiyə Siddiy Briqadası” adlandıran terrorçuların Pakistanda dövlət müəssisələrin hücum etməsi də onun həbsinə cavaba olaraq keçirilmişdi”-deyə Harris məqaləsində vurğulayır.1972-ci il təvəllüdlü Afiyə Sadiq 86 il müddətinə azadlıqdan məhrum edilib. Onun Məhəmməd,Məryəm və Süleymasn adında 3 övladı var.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol