• $
  • €
  • ₽
  • ₺
  • £

"NASA" Marsa kosmonavt göndərəcək

"NASA" Marsa kosmonavt göndərəcək
28.08.2014 19:58
Kosmonavtları asteroidlərə və Mars planetinə çatdıracaq prinsipcə yeni raketin yaradılması prosesində böyük irəliləyişə nail olunub. Bu barədə ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəsmi nümayəndələri bildirib.

Söhbət kosmik buraxılış sistemindən (Space Launch System) gedir. Bu, mühəndislərin qənaətinə görə, kosmonavt və yükləri kosmosa çatdıracaq yeni nəsil raketdir. Bura asteroidlərə ekspedisiyalar da daxildir. Bundan başqa, məhz bu raket Marsa ilk ekspedisiya üçün nəqliyyat vasitəsi olacaq."Bu, çox iddialı proqramdır", - "NASA" direktorunun köməkçisi Robert Laytfut deyib. O qeyd edib ki, layihənin texniki və proqram hissəsi uğurla təhlil olunub."Bu, "NASA"-nın istənilən proqramı və layihəsi üçün vacib məsələdir", - o vurğulayıb.R.Laytfut onu da əlavə edib ki, konkret missiya üçün raket deyil, bir sıra raket modellərinin yaradılması planlaşdırılır.Öz növbəsində "NASA" rəhbərinin digər köməkçisi, tədqiqat və əməliyyatlara məsul Uilyam Qerstenmayer xatırladıb ki, layihə üzərində iş artıq üç ildir davam edir. Hazırda mühəndis və mütəxəssislər bilavasitə raketin yaradılmasına başlayırlar. U.Qerstenmayer deyib ki, raket mühərrikinin, eləcə də onu Yer atmosferindən kənara çıxaracaq pillələrin sınağı oktyabr-noyabrda keçiriləcək.Yeni raketin iki - kiçik yükləmə (77 ton) və böyük yükləmə (143) tipinin yaradılması nəzərdə tutulur. Kiçik raketin yaradılmasının dəyərinin qiymətləndirilməsi 7 milyard dollar təşkil edir.Bununla yanaşı, "NASA" nümayəndələri yeni raketin dəqiq buraxılma tarixini açıqlamayıblar. Agentlik təmsilçiləri qeyd ediblər ki, qarşıda görüləsi çətin işlər var və nəticədə real və etibarlı aparatın ərsəyə gəlməsi gözlənilir. Odur ki, hazırda dəqiq vaxt barədə danışmaq düzgün olmaz, - "İTAR-TASS www.itar-tass.com" yazır.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol