• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada şiddətli döyüşlər davam edir

Ukraynada şiddətli döyüşlər davam edir
28.08.2014 12:32
Prezidentlərin görüşü və siyası dialoqlar fonunda Ukraynanın şərqində qanlı döyüşlər davam edir. Donetskdə separatçıların atdığı top atəşi mədəniyyət evini darmadağın edib.

İlovaysk şəhəri artıq 6 gündür mühasirədədir. Yaralıların bəziləri bölgədən təxliyyə edilsə də, hələ də yardıma ehtiyacı olan insanlar var. Ukrayna ordusu şəhərdə separatçılara məxsus Rusiya T-72 tankını vurub. Yerli televiziyaların yaydığı videoda tankın özü və ondan tapılmış müxtəlif sənədlər göstərilir. Ekipaj üzvlərinin taleyi barədə isə məlumat verilmir.Ümumilikdə, 14 şəhərdə gedən döyüşlərdə son 24 saat ərzində 13 Ukrayna əsgəri öldürülüb. Separatçılar Novoazovsk bölgəsində 7 qəsəbəni ələ keçiriblər.Münaqişənin həlli istiqamətində siyasi təşəbbüslər isə davam edir. Avropa Birliyi Rusiyaya təzyiqləri artırmağı vacib sayır. Britaniya hökumətinin bəyanatına görə, böhranın hərbi yolla həlli mümkünsüzdür və Vladimir Putin siyasi həll tapmaq üçün tam hüquqlu danışıqlara başlamalıdır. Almaniya kansleri Angela Merkel isə Putinlə telefon danışığında rusiyalı hərbiçilərin Ukraynada necə peyda olmasının izahını tələb edib.Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin ittihamlarına sərt cavab verib. Bildirib ki, Ukraynanın şərqində müharibə dərhal dayandırılmalıdır və Kiyev ölkədə bütün bölgələrin maraqlarına cavab verən dialoq təşkil etməlidir.BMT-nin məlumatına görə, aprel ayından bəri Ukraynanın şərqində gedən döyüşlərdə 2 min 200 nəfər ölüb.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol