• $
  • €
  • ₽
  • ₺
  • £

Qızının gözü önündə arvadının boğazını kəsən kişini məhkumlar ÖLÜMCÜL DÖYDÜ - VİDEO

Qızının gözü önündə arvadının boğazını kəsən kişini məhkumlar ÖLÜMCÜL DÖYDÜ - VİDEO
24.08.2019 10:54
Türkiyəni dəhşətə gətirən və cəmiyyəti qəzəbləndirən qatil həbs edilib.

Türkiyə mətbuatı xəbər verir ki, Kırıkkale rayonunda kafedə 38 yaşlı Emine Bulutu 10 yaşlı qızının gözləri qarşısında qətlə yetirən keçmiş həyat yoldaşı 43 yaşlı Fedai Baran həbs edilib.  Son məlumata görə, saxlanıldığı cəzaçəkmə müəssisəsində onu məhkumlar ölümcül vəziyyətə düşənədək döyüblər.

Fedai Baran 10 yaşlı qızının gözü qarşısında keçmiş arvadını vəhşicəsinə qətlə yetirib. Onun boğazına bir neçə bıçaq zərbəsi vurub.

Daha sonra kafedən çıxan Fedai Baran uca səslə "bu fahişəni mən öldürdüm”, - deyərək ərazidən uzaqlaşıb. O, bir taksiyə minib. Sürücüyə isə "heyvan kəsdim” deyib.

Məlumata görə, onlar arasında mübahisə qızlarının vəkaləti üstündə başlayıb. Mübahisə zamanıFedai Baran qadına ailəsini, atasını öldürəcəyi ilə hədələyib.

10 yaşlı qızının gözləri qarşısında bıçaqlanan qadın "ölmək istəmirəm”, - deyə fəryad edib.

Qadının qızı isə "ana ölmə”. – deyərək yalvarıb.

Qətlə yetirilən Emine Bulutun bacısı bildirib ki, Baran qadını öldürəndən sonra onun atasına zəng vurub "qızını it kimi öldürdüm, səni də tapıb gəbərdəcəyəm”, - deyib.

Bu dəhşətli cinayətdən sonra Türkiyə cəmiyyəti ayağa qalxaraq sosial şəbəkələrdə kampaniyaya başlayıblar. Türkiyənin məşhur adamları da bu aksiyaya qoşulub və qadınlara qarşı zorakılığa son qoyulmasını tələb ediblər.
 
(Baku.ws)




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol