• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın strateji bombardmançısı Rusiya hərbi bazasına “hücum etdi”

ABŞ-ın strateji bombardmançısı Rusiya hərbi bazasına “hücum etdi”
28.05.2020 23:06
ABŞ-ın B-52 strateji bombardmançısı Suriyada Rusiya hərbi bazasına hücumu imitasiya edərkən qeydə alınıb.
Avia.pro portalı xəbər verir ki, bir neçə saat əvvəl Suriyadakı Rusiya hərbi bazalarına nisbətən yaxın məsafədə, İordaniyanın hava məkanında ABŞ-ın strateji bombardmançısı görünüb.

Bildirilir ki, təyyarə şimal-qərb istiqamətindən uçub, budan sonra İsrailin hava məkanına daxil olub və oradan İordaniya hava sahəsinə keçib. İordaniya üzərində geri dönən təyyarənin bu ölkənin səhralıq ərazilərinə planlaşdırılmış hərbi təlimlər çərçivəsində seriya bomba zərbələri endirdiyi təxmin edilir. Daha sonra təyyarə birbaşa Suriyadakı Rusiya hərbi bazasına tərəf istiqamətlənib və hücumu imitasiya edib. Bunun ardınca təyyarə şimal-şərqə istiqamət alıb, Aralıq dənizinin şərq sahilləri üzərində kifayət qədər qəribə marşrutla uçuş həyata keçirməyə başlayıb.

Üstəlik bu fakt maraqlıdır ki, təyyarə az qala iki saat radarlarda itib, analitiklər həmin vaxt ərzində təyyarənin harada olduğunu təxmin etməyə çalışırlar. Ehtimal edilir ki, bombardmançı Suriyaya müxtəlif istiqamətlərdən hücumu məşq edib.(virtualaz)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol