• $
  • €
  • ₽
  • ₺
  • £

Netanyahunun işğal planı dünyanı AYAĞA QALDIRDI- Nazirlər təcili toplandı

Netanyahunun işğal planı dünyanı AYAĞA QALDIRDI- Nazirlər təcili toplandı
11.09.2019 11:22
İsrailin Baş naziri Benyamin Netanyahunun seçki kampaniyası çərçivəsində Qərbi Şəriədəki İordaniya Vadisi və Ölü dənizin şimalının ilhaq edilməsi vədini verməsi dünyanı ayağa qaldırıb.

Anews.az Publika.az-a istinadan xəbər verir ki, İsveçin Xarici işlər naziri Ann Linde İsrail liderinin vədini qınayıb.
SVT dövlət televiziyasına açıqlama verən nazir bildirib ki, həm Avropa İttifaqı, həm də beynəlxalq toplum bu vədin beynəlxalq hüquqlara zidd olduğunu söyləyir. Ön şərtlərin iki dövlətli həlli olması lazımdır.
Qeyd edək ki, daha əvvəl Ticarət naziri işləyən Ann Linde ailəsinə vaxt ayıra bilmədiyi üçün nazir postundan istefa verən Marqot Valströmün yerinə təyin edilib.

Bundan başqa, Ərəb Birliyi Xarici İşlər Nazirləri də Netanyahunun vədini sərt şəkildə qınayıb. Baş nazirin açıqlamasından sonra birliyin nazirləri Misirin paytaxtı Qahirədə fövqəladə toplantı keçirib. Toplantıda Netanyahunun açıqlaması təhlükəli adlandırılıb və bu yanaşmanın sülh prosesindəki hər hansı bir irəliləyiş şansını azaldacağı, bütün təməlləri yox edəcəyi qeyd olunub. Həmçinin, İsrailin hücumçu açıqlamalarının müşahidə ediləcəyi və lazımi qanuni tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.

Qınama aksiyasına Həmas da qoşulub. Fələstin hərəkatı baş nazirin açıqlamasını xalqa və torpaqlara düşmənlik siyasəti adlandırıb. Həmasın mətbuat katibi Fevzi Bəhrum yazılı açıqlamasında bildirib ki, Netanyahunun açıqlaması gerçəkləri dəyişdirməyəcək, Fələstin xalqının işğal və işğalın planları ilə mübarizə çərçivəsində göstərdiyi dirənişi dayandırmayacaq.

Xatırladaq ki, Benyamin Netanyahu yenidən seçiləcəyi təqdirdə qısa müddət içində Qərbi Şəriədə yerləşən İordaniya vadisini ABŞ hökuməti ilə koordinasiyalı şəkildə İsrailə ilhaq edəcəyini vəd etmişdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol