• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Güldən önəmli açıqlamalar: “Mənə hörmətsizlik edildi”

Güldən önəmli açıqlamalar: “Mənə hörmətsizlik edildi”
28.05.2020 23:35

Vida görüşü keçirən Gül prezident üsul-idarəsinə qarşı olduğunu bildirib

 Türkiyə prezidenti Abdulla Gül avqustun 19-da axşam Ankarada QHT nümayəndələri, iş adamları, sənətçilər, idmançılar və media təmsilçiləri ilə vida görüşü keçirib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çankaya köşkündə keçirilən vida ziyafətində A. Gül önəmli açıqlamalarla çıxış edib.

 

Prezident kreslosunu Rəcəb Tayyib Ərdoğana təhvil verməyə hazırlaşan A. Gül Ədalət və İnkişaf Partiyasının (AKP) liderinin və yeni baş nazirin Əhməd Davudoğlu olduğunu açıqlamaqla bərabər, narazılığını da dilə gətirib: “Demokratik rejimlərin ən yaxşı tərəflərindən biri dönəmlərin olmasıdır, vəzifəni yerinə yetirirsən və gedirsən. Hayrunnisa xanım burada səliqə-səhman yaratmaq üçün çox çalışdı, buraları yenidən yaratdı. Hərdən deyirdim ki, çox can yandırırsan, mən kral deyiləm, bir gün gedəcəyəm, onda üzüləcəksən. O da mənə deyirdi ki, gedərkən buraları gözəl buraxıb gedək. Vədəmiz yetişdi, böyük bir şərəf və qürurla buradan ayrılırıq”.

 

A. Gül 2007-ci ildə prezident olarkən ölkədə bəzi dairələrin buna kəskin etiraz etdiyini, dini radikalizmin güclənəcəyini və dünyəvi dövlət təhlükə yaranacağını söyləyənlər olduğunu xatırladıb: “Lakin mən siyasi kimliyə malik bir şəxs olaraq gəlsəm də, Konstitusiyaya uyğun olaraq siyasi mənsubiyyətimi bir kənara qoyub tərəfsiz oldum. İndi prezidentlik müddətim başa çatdıqdan sonra yenidən qurucusu olduğum partiyaya qayıtmağımdan daha təbii bir şey ola bilməz. Lakin bizim cinahdan da mənə qarşı xeyli hörmətsizlik edənlər oldu. Bunların hamısını izlədim”.

 

A. Gül R. T. Ərdoğandan fərqli olaraq, prezidentlik üsul-idarəsinə tərəfdar olmadığını da vurğulayıb: “Parlamentar sistemə tərəfdar olduğunu daha əvvəl söyləmişdim”. 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Dünya 15:00
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Dünya 12:54
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Yaponiyada zəlzələ olub
Dünya 11:30
Yaponiyada zəlzələ olub
Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var
Dünya 10:30
Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var
Mask yeni partiya yaratdığını elan edib
Dünya 10:02
Mask yeni partiya yaratdığını elan edib
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Dünya 23:26
Serbiyada aksiyalar zamanı 107 nəfər saxlanılıb
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Dünya 22:33
Ərdoğan "TOGG"un yeni modeli ilə test sürüşü edib
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Dünya 20:46
Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir
Türkiyəli jurnalist saxlanılıb
Dünya 20:30
Türkiyəli jurnalist saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol