• $
  • €
  • ₽
  • ₺
  • £

Ebola Berlinə çatdı

Ebola Berlinə çatdı
20.08.2014 09:07
Berlində virusa yoluxduğu şübəhisi ilə nigeriyalı qadın saxlanılıbQərbi Afrikada baş qaldıran Ebola virusu təhlükəsi Almaniyaya da sıçrayıb.ANS PRESS-in məlumatına görə, ötən gün paytaxt Berlində virusa yoluxduğu şübəhisi ilə nigeriyalı qadın saxlanılıb. Qadının Nigeriyadan təzəlikcə gəldiyi bildirilir. Vəziyyətlə əlaqədar qadın dərhal xəstəxanaya yerləşdirilib və karantin nəzarətinə götürülüb. Qanda virusun simptomları aşkarlanıb. Eyni zamanda, qadının çalışdığı iş yerinin də fəaliyyəti dayandırılıb və əməkdaşların səhhəti nəzarətə götürülüb.Ebola, Belçikada da qısa müddət ərzində təlaşa səbəb olub. Məlumata görə, Ostend şəhərində 13 yaşlı əslən Qvineyadan olan uşaq virusun əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Lakin müayinədən sonra xəstənin malyariyyadan əziyyət çəkdiyi məlum olub.Dünya Səhiyyə Təşkilatı növbəti dəfə Ebola xəstəliyindən əziyyət çəkən insanlara humanitar yardım edilməsi üçün müraciət səsləndirib. Təşkilatın mətbuat katibi Fadela Çeyb qeyd edib ki, rəhbərlik BMT nümayəndələri və Dünya Ərzaq Proqramı ilə birgə hazırda qarantin nəzarəti altında olan insanların qidalanma rejiminə nəzarət edir.Virus ilk dəfə 2013-cü ilin dekabr ayında Qvineyada baş qaldırıb. Ölümcül virus əsasən, Qvineya, Liberiya, Siera Leone və Nigeriyada geniş yayılıb. Dünya Səhiyyə Təşkilatı indiyə qədər bu virusdan 1200-dən çox insanın öldüyünü məruzə edib.Liberiyada bir müddət əvvəl virusa yoluxan xəstələrin karantin mərkəzi hücuma məruz qalmış və xəstələr mərkəzi tərk etmişdilər. Hazırda qaçan xəstələr saxlanılsa da, onların digər insanlarla təmasda olması virusun daha da geniş yayılmasına səbəb ola bilər. Epidemiya təhlükəsi ilə əlaqədar ölkədə fövqəldadə vəziyyət elan olunub. (Associated Press) ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol