• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə ilə Almaniya arasında qalmaqal böyüyür

Türkiyə ilə Almaniya arasında qalmaqal böyüyür
20.08.2014 00:53

Almaniya kəşfiyyatının Türkiyə hökümətini dinləməsi ətrafında qalmaqal böyüyür.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Avropa Birliyi naziri Mövlüd Çavuşoğlu səslənən iddiaları dəhşət adlandırıb: "Dostlar bir-birini can qulağı ilə dinləməli. Belə telequlaq ilə dinləməməlidir". 

Türkiyənin Suriya və İraq siyasəti daxil olmaqla, bütün xarici siyasətinin şəffaf olduğunu vurğulayan gizli bir şeylərinin olmadığını bildirib: 

"Amma bir dövlətin digər dövləti, o dövlətin səlahiyyətlilərini dinləməsi yaraşan bir şey deyil. Hələ dostluğumuza, müttəfiqliyimizə heç yaraşmaz. Amerikanın Almaniyanı dinlədiyi ortaya çıxanda, o zaman Almaniyanın verdiyi reaksiyanı hamımız xatırlayırıq. Almaniya buna ciddi izahat verməlidir". 

Almaniyada kəşfiyyatdan məsul olan Federal Məclisin Parlament Nəzarət Komitəsinin sədr müavini Andre Han dinləmə iddialarını təkzib etməyib. Onun sözlərinə görə, Türkiyə ilə NATO daxilində müttəfiq olsalarda da Almaniya ilə rəsmi Ankara arasında bəzi mövzularda fikir ayrılığı var: "Dediyim bu mövzularda hökümət bəzən Almaniyanın kəşfiyyat orqanı (BND) xidmətlərindən yararlanır". 

Almaniyadan Suriya və İraqa döyüşmək üçün gedənlərin Türkiyə üzərindən getdiyini bildirən millət vəkili BND-nin onları izlədiyini və bu varədə parlamentə məlumat verdiyini bildirib: "Ancaq bu məlumatlarda heç bir yerdə Türkiyənin adına rast gəlməmişəm"

Türkiyə ilə əlaqədar iddiaların ABŞ adına casusluq etdiyi şübhəsiylə saxlanılan BND əməkdaşının sızdırdığı məlumatlara diqqət çəkən Andre Han parlament komirtəsinin bu məsələ ilə bağlı xüsusi iclas çağıracağını deyib: "Sənədlər bizə bu gün çatdı. Komitə üzvləri 218 sənədi nəzərdən keçirəcək". 

Müxalifəti təmsil edən deputat dinləmə qalmaqalında kansler Angela Merkeli günahkar bilib: "Olub bitənlərin siyasi məsuliyyətini daşıyan adam Merkeldir. Türkiyə baxımından belə bir hadisənin yaşanması qəbul edilə bilməz. Xristian Demokrat Birlik Partiyasından olan bəzi millət vəkillərinin Türkiyənin problemli bir ölkə olduğuna dair qəzetlərə verdiyi açıqlamaları başa düşə bilmirəm. Angela Merkel "dostlar arasında casusluq olmaz" demişdi. Türkiyəyə qarşı casusluq fəaliyyəti təsdiqlənərsə, deməli Türkiyə Almaniya üçün dost və müttəfiq ölkə olmadığı ortaya çıxacaq. Merkelin bu qalmaqala münasibət bildirəcəyini gözləyirəm".

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol