• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstan Azərbaycana viza tətbiq edəcək?

Gürcüstan Azərbaycana viza tətbiq edəcək?
19.08.2014 16:50

Gürcüstanın Azərbaycandakı səfirliyi bu ölkənin Azərbaycana viza rejimi tətbiq etməsi barədə yayılan xəbərə münasibət bildirib. Səfirlikdən Lent.az-a bildirilib ki, yayılan xəbərlərin əsası yoxdur: “Heç bir viza rejimindən söhbət gedə bilməz. Azər Süleymanov danışdığının məsuliyyətini bilmir. Sadəcə, Gürcüstanda viza qanununda dəyişiklik olacaq, amma bunun Azərbaycana heç bir aidiyyəti yoxdur”.

 

 

*****

 

12:51

 

“Gürcüstan-Azərbaycan arasında viza tətbiq olunması normal hadisə deyil”. Lent.az-ın xəbərinə görə, bunu modern.az-a açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov deyib.

 

A.Süleymanovun sözlərinə görə, Gürcüstanın Azərbaycana viza tətbiq etməsi anlaşılmazlıqdır: “Çünki iki dövləti bir-birinə bağlayan layihələr var. Türkiyədən sonra Azərbaycan Gürcüstanda ikinci investordu. Bilmirəm, nəyə görə Gürcüstan hökuməti belə bir addım atdı. Görünür, Ermənistandan hansısa çəkinəcəkləri var idi ki, Azərbaycana da viza rejimini tətbiq etdilər. Bu hər bir dövlətdə var. Gürcüstan qanunlarında Azərbaycana viza tətbiq etmək məsələsi gündəmdə deyildi. Ermənistan haqqında isə belə bir məsələ var idi. Azərbaycana vizanın tətbiq edilməsi ilə bağlı xəbəri xoşagəlməz hadisə kimi qəbul etdim. Son 3 gündə belə bir qanun çıxarıldı. Çünki Gürcüstan-Azərbaycan strateji dövlət olaraq aralarında heç bir problem yox idi. Ermənistanla bağlı isə bunu demək olmaz.

Çünki ermənilərin 90 faizi Gürcüstanda qalırdı və çoxu Rusiya vətəndaşlarıdır. Təbii ki, onların gəlib Gürcüstanda 1-2 ay qalması Gürcüstanın qanunlarına ziddir. Mən də onun tərəfdarıyam ki, Ermənistan-Gürcüsütan arasında viza rejimi tətbiq olunmalıdır. Ermənilər həm Rusiya, həm də Ermənistan  vətəndaşı ola-ola Gürcüstanda qalıb ara qatırlar. Ona görə Ermənistan tələbələrinə iki aydan artıq qalmaları üçün viza tətbiq edildi”.  

 

Qeyd edək ki, son günlər mətbuatda Gürcüstanın Azərbaycana viza tətbiq etməsi məsələsi müzakirə obyektinə çevrilib. Ermənistanla yanaşı, viza rejiminin Azərbaycana da tətbiq edilməsi xoşagəlməz hal kimi dəyərləndirilir.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol