• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Avropa İttifaqını hədələdi: "Kürdləri terrorçu kimi qələmə vermək yanlışdır"

Ərdoğan Avropa İttifaqını hədələdi: "Kürdləri terrorçu kimi qələmə vermək yanlışdır"
24.10.2019 23:46
"Avropaya qapıları açarıq dediyimiz zaman, bizimlə münasibətləri pozulur. Amma bizdə 4 milyon suriyalı var. 100 min qaçqını da siz qarşılayın və nə qədər ağır bir məsələdir, görün. Pulunuz var, güclüsünüz, halbuki 100 qaçqına dözə bilmirsiz”.

Anews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında deyib. Onun sözlərinə görə, suriyalı qaçqınların Avropaya keçidi üçün sərhədlərin açılması hər an mümkün ola bilər: "Ruandada bir milyon insan öldürüb, sonra Türkiyəyə insanlıq dərsi keçmək yalnız təssüf doğurur. Dünən Avropa Parlamenti Suriya ərazisində qadağan olunmuş müharibə təyyarələri mövzusunu gündəmə gətirib. Halbuki biz bu təklifi zamanında edəndə, kimsə bu təklifə baxmamışdı. Avropa İttifaqının sonu belə səmimiyyətsizliyi üzündən gələcək. "Brexit” məsələsi də boşuna meydana çıxmadı. Siz ikiüzlülük edərsiniz, biz də qapıları açarıq”.
Ərdoğan bildirib ki, bəzi ölkələrin Türkiyənin kürdlərə savaş açması haqqında ittihamı kökündən yanlışdır: "Kürdlər qardaşımızdır, biz terrorçularla mübarizə aparırq. Kürdləri terrorçu kimi qələmə vermək kökündən yanlış bir şeydir”.
Türkiyə Prezidenti terrorçularla danışıqlara gedən ölkələri də qınayıb: "Siz nə vaxtdan terrorçulara dəstək verən oldunuz, bizim xəbərimiz olmadı?
YPG-nin, PYD-nin İŞİD-dən bir fərqini gördüyünüz halda, YPG/PYD-ə dəstəyinizin qarşılığını vaxt gələr ödəyərsiniz”.
Türkiyənin öz planından geri çəkilmək niyyətinin olmadığını deyən R.T.Ərdoğan ölkəsinin sərhədləri boyunca hərəkət etməsi üçün kimsədən izn almağa borclu olmadığını vurulayıb: "Suriya böhranı başladığı gündən bəri bir tərəfdən həyati təhlükə yaşayan suriyalılara ev sahibliyi edib dəstək verərkən, digər tərəfdən, sərhədlərimizin təhlükəsizliyi qayğısına qaldıq. Bəs terrorla mübarizə üçün beynəlxalq tədbirləri nədən edirik? Baxdıq ki, özümüz deyib, özümüz eşidirik, ona görə də fəaliyyətə başladıq”.
R.T.Ərdoğan deyib ki, hazırda Suriya ərazisində 480 kvadrat kilometr təhlükəsiz sahənın 120 kvadrat kılometri birbaşa Türkiyənin nəzarətindədir, qalan əirazinin isə Rusiya ilə birgə nəzarətdə saxlanması razılaşdırılıb.
O, ABŞ-la razılaşdırılmış ərazilərdə terrorçuların olmaması haqqında Amerikadan alınan rəsmi, yazılı bilidirşdən sonra Türkiyənin bu ərazilərdə terrorçulara rast gələcəyi halda, məhv etmək haqqına sahib olduğunu da qeyd edib./APA/


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol