• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi hissədə 8 əsgər və zabiti öldürən Ramil Şamsutdinovdur

Hərbi hissədə 8 əsgər və zabiti öldürən Ramil Şamsutdinovdur
26.10.2019 09:06
Rusiyanın Zabaykalsk vilayətindəki hərbi hissədə 8 əsgər və zabiti güllələyib öldürən, 2-ni yaralayan çağırışçı əsgərin adı açıqlanıb. Rusiya İstintaq Komitəsinin bildirdiyinə görə, o sıravi Ramil Şamsutdinovdur. Onun barəsində cinayət işi qaldırılıb və saxlanılıb. Şamsutdinov 20 yaşındadır, Tümen vilayətinin Vaqay kəndindəndir. İstintaqa verdiyi ilkin ifadədə əməlindən peşiman olmadığını deyib. İlkin məlumatlara görə əsgərin xidmət yoldaşlarını güllələməsinin səbəbi "dedovşinadır”. Belə ki, xidmət yoldaşları tez-tez Şamsutdinovu ələ salırmış və incidirmiş, bir çox hallarda heç bir səbəb olmadan.
 
***
Rusiya ordusunun çağırışçı əsgəri növbəni dəyişərkən xidmət yoldaşlarına xüsusi amansızlıqla divan tutub. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Zabaykalsk vilayətinin Qornıy qəsəbəsində yerləşən hərbi hissədə baş vermiş insident zamanı 8 hərbçi həlak olub,2-i yaralanıb.
 
Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, əsgər "şəxsi problemləri” fonunda əsəb sarsıntısı keçirib və xidmət yoldaşlarını güllələyib. Lakin nazirlik əsgərin problemlərinin hərbi ximətlə bağlı olmadığını bildirir. Qətliamı törədən əsgər sağ ələ keçirilib.
 
Xəbərlərə görə hadisəni törədən əsgər 4 aydır həmin hərbi hissədə xidmət edirdi. O, hərbi hissənin ərazisindəki hərbi hazırlıq kompleksində növbə dəyişərkən tabeçiliyində olan avtomatdan xidmət yoldaşlarına atəş açıb. O, qurbanlarının başını nişan alıb, yaralılara kontrol atəşi açıb. Ölənlər arasında iki zabit və müqavilə əsasında xidmət keçən iki hərbçi də var.
 
Bu, son illər Rusiya ordusunda baş vermiş ən ciddi insidentdir

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol