• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə hökumətinə rəhbərilik edəcək namizədlər bəlli oldu

Türkiyə hökumətinə rəhbərilik edəcək namizədlər bəlli oldu
14.08.2014 11:03
Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti seçilməsindən sonra hökumətə rəhbərlik edəcək şəxsin kimliyi ilə bağlı ölkənin siyasi dairələrinin kuliarlarında müzakirələr aparılır. AzNews.az-ın məlumatına görə, Türkiyə mediası bununla bağlı bir sıra araşdırmalar aparıb. Siyasi icmalçıların ehtimallarına əsasən, hakim qurum - Ədalət və İnkişaf Partiyası (AKP) hələ prezident seçkilərindən əvvəl baş nazir postuna namizəd ola biləcək şəxsləri müəyyənləşdirib. AKP kuliarlarından verilən məlumatlara görə, bu siyahıda ilk yeni Türkiyənin 11-ci prezidenti, taxtını silahdaşı Ərdoğana vermiş Abdullah Gül dayanır. Növbəti yerləri isə Binəli Yıldırım, Numan Kurtulmuş, Süleyman Soylu və Əhməd Davudoğlu tutur. Abdullah Gülün baş nazir olması isə hüquqi-prosedur baxımından mümkün deyil. Buna səbəb isə parlament tərəfindən seçilən baş nazirin deputat olmasının vacibliyidir. A. Gül isə Böyük Millət Məclisinin deputatı deyil. Siyasi şərhçilərin fikrincə, A. Gülün bu iddiasının mümkünsüzlüyü isə xarici işlər naziri Əhməd Davudoğlunu önə çıxarıb. AKP-dən olan deputatların mediadan qapalı saxlanılan iclasında da Ə. Davudoğlunun namizədliyinin veriləcəyinə dair ilkin razılaşmanın əldə edildiyi də bildirilib. AKP-nin Ərdoğanın iştirakı ilə avqustun 15-də keçiriləcək növbəti iclasında bu məsələnin yekun olaraq müzakirə ediləcəyi də deyilir. Siyasi icmalçıların sözlərinə görə, araşdırmalar zamanı müəyyən etmək olur ki, AKP-nin sədri olacaq və buradan da baş nazir postuna irəli sürüləcək təmsilçisi Əhməd Davudoğlu olacaq. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol