• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxsin “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı - VİDEO

Bu şəxsin “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı - VİDEO
22.11.2019 12:17
Rusiyalı oliqarx-milyarder Vyaçeslav Doronin Moskva ətrafındakı Barvixada (orada həm də prezident Putinin iqamətgahı yerləşir) "kosmik” üslubda tikdirdiyi malikanəni satışa çıxarıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, mlyarder həmin malikanəni Bakıdakı Heydər Əliyev Mərkəzinin memarı, dünya şöhrətli arxitektor Zaha Hadidin (hazırda o dünyadadır) layihəsi əsasında tikdirmişdi. Bu, Zaha Hadidin layihələndirdiyi yeganə özəl yaşayış obyektidir.

Doronin bu malikanəni qaradərili britaniyalı top-model və aktrisa Naomi Kempbell üçün toy hədiyyəsi kimi tikdirmişdi. Lakin qaradərili "gözəlçə” hələ rəsmi nigahdan əvvəl rusiyalı oliqarxla ayrılıb və nəticədə Doroninə onunla "kosmik” malikanədə yaşamaq qismət olmayıb.
Malikanə dörd mərtəbəlidir, 20 metrlik hovuzu, spa-kompleksi, idman zalı, yapon bağı, gecə klubu və s. var.


Vyaçeslav Doroninin 57 yaşı var, Leninqradda anadan olub, "Kapital Qrup” şirkətinin sahibidir, "Moskva-Siti” layihəsinin ortaqlarından biri olub. Onun sərvətinin həcmi bəzi məlumatlara görə 6 milyard dollara yaxındır. Doronin 21 illik arvadı Yekatrina ilə 2009-cu ildə boşanıb. Onların boşanma prosesi sərvətin bölüşdürülməsi mübahisəsinə görə uzun müddət davam edib. Nəhayət milyarder keçmiş arvadına 10 milyon dollar verərək "başından eləyib”.
Doronin afrika-yamayka mənşəli britaniyalı top-model və aktrisa Naomi Kempbellə 2008-ci ildə Kann festivalında tanış olub və ona vurulub. 2009-cu ilin avqustunda onların toyu olmalı idi, lakin Doronin arvadı ilə boşanma mübahisəsini bitirə bilmədiyi üçün toy təxirə düşüb. 2012-ci ildə isə onlar ayrılıblar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol