• $
  • €
  • ₽
  • ₺
  • £

Sərkisyan buna görə Meğrini və 7 rayonu qaytarmaq istəyirdi

Sərkisyan buna görə Meğrini və 7 rayonu qaytarmaq istəyirdi
22.11.2019 12:34
Erməni analitik Alla Aydiyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Milanda Qarabağla bağlı açıqlamalarını şərh edərkən maraqlı məqamlara toxunub.
Aydiyan erməni saytı "Аysor.am”a müsahibəsində Ermənistan hakimiyyəti içində gedən söz-söhbətlərdən xəbərdar olduğunu bildirib.

"Mən hakimiyyət daxilində baş verən bəzi vacib məqamları adi insanlardan çox bilirəm. Belə ki, Paşinyan bu gün keçmiş prezident Serj Sərkisyanın atəşkəs müqabilində (2016-cı il Aprel savaşı nəzərdə tutulur – red.) Meğri və 7 rayonu Azərbaycana qaytarmaq istəməkdə ittiham edir. Mən bu söhbətin bəzi detallarını bilirəm, amma tam olaraq mənzərəni görmək olmur”, - ekspert qeyd edib.

Aydiyan istisna etmir ki, məhz bu fakt Sərkisyan hakimiyyətinə son qoyub.
Erməni analitik qeyd edib ki, Nikol Paşinyan Milanda danışarkən Ermənistan cəmiyyətini manipulyasiya edib:
"Hamı Paşinyanın Qarabağla bağlı tezisini yaxşı bilir: "Bütün tərəfləri razı salacaq həll variantı ilə razıyam”. Azərbaycan tərəfinin bununla bağlı əsas fikri "Qarabağ – Azərbaycanındır və nida işarəsi”dir. Belə çıxır ki, Paşinyan bu fikirlə razıdır? Bu, manipulyasiyadır. Amma gərək Paşinyan bu tip manipulyasiya və maxinasiyalardan əl çəksin. Axı bu mövzu öz həssaslığı ilə seçilir”.

Xatırladaq ki, Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. (Axar.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol