• $
  • €
  • ₽
  • ₺
  • £

“Mən vicdansız, satqın və rüşvətxoram...” – Keçmiş nazirin videosu yayıldı

“Mən vicdansız, satqın və rüşvətxoram...” – Keçmiş nazirin videosu yayıldı
28.05.2020 19:29
Türkmənistanın keçmiş daxili işlər naziri İsgəndər  Mulikov hakimiyyətdən sui-istifadə və korrupsiyada təqsirli bilinib. 

Prezident Qurbanqulu Berdıməhəmmədov onu oktyabrda işdən çıxarmışdı. Lakin nazirin sonrakı taleyi haqda məlumat yox idi. İndi isə məlum olur ki, o həbs olunub, üstəlik barəsində uzunmüddətli həbsxana cəzası kəsilib.

Dekabrın 3-də əliqandallı Mulikov qara həbsxana geyimində televiziyada xəbər proqramında göstərilib, özünü təqsirli bildiyini deyib. Mulikovun həbsi barədə təhlükəsizlik şurasının iclasında baş prokuror Batır Atdayev prezidentə məlumat verib.

"Mən, İsgəndər Mulikov, 2009-cu ildən 2019-cu ilə qədər daxili işlər naziri vəzifəsində işləsəm də, cinayətkarlıqla mübarizəyə cavabdeh olsam da öz tamahım ucbatından, vəzifəmdən satqıncasına sui-istifadə edərək həm rüşvət almışam, həm evləri mənimsəmişəm. Baxmayaraq ki, bizim hörmətli ali baş komandan yaşamaq və işləmək üçün bütün şəraiti yaradıb, mən vicdansız yol seçdim və xüsusilə iri məbləğlərdə rüşvət aldım. Cinayətlərimin üstünün açılmasından sonra mən qanuni əsaslarla cinayət məsuliyyətinə cəlb edilmişəm. Günahımı tam etraf edirəm və peşimanam”,-Mulikov deyir.
Kadrlarda Mulikovun əlləri qandallıdır, başı isə keçəl qırxılıb.

Keçmiş nazirə hansı cəzanın kəsildiyi bəlli deyil. Amsterdamda mənzillənən Turkmen.news vebsaytının bildirdiyinə görə,  ona 20-25 il həbs cəzası kəsilib. 2009-cu ilin mayından vəzifə başında olan Mulikov oktyabrın 1-də hökumətin iclası zamanı işdən çıxarılmışdı.Keçmiş nazirin sürücüsü də dərhal həbs olunub, onun Aşqabadda bəzi restoranları, kafe və mağazaları müsadirə edilib. Baş prokuror iclasda habelə Miqrasiya Xidmətinin keçmiş rəhbəri Meylis Nobatovun da həbsi və mühakimə olunması haqda raport verib. Turkmen.news qeyd edir ki, Nobatov son illərdə prezidentin təhlükəsizlik xidmətinin rəisi idi. Lakin onun həmin vəzifəni tutduğu haqda heç yerdə açıqlanmayıb. Keçmiş məmur özü etiraf videosunda bildirib ki, 2015-2019-cu illərdə yüksək vəzifələrdə işləyəndə cinayətlər törədib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol