• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Almaniyada 6 Azərbaycan vətəndaşı saxlanıldı

Almaniyada 6 Azərbaycan vətəndaşı saxlanıldı
29.05.2020 10:03
Almaniyaya qanunsuz yolla daxil olmağa çalışan 6 Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə "Report”un Avropa bürosu Almaniya Federal Daxili İşlər Nazirliyindən məlumat əldə edib.
Belə ki, dekabrın 4-də "Mercedes Vito” markalı avtomobil A17 avtobanında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı məlum olub ki, sürücü Türkiyə, 6 sərnişini isə Azərbaycan vətəndaşıdır.Azərbaycan vətəndaşlarının Latviya vizası ilə Almaniyaya səyahət etdiyi şübhə doğurduğundan araşdırmalara başlanılıb. Ailə polisə ifadəsində Almaniyaya turist kimi gəldiyini bildirib. Lakin onların adından otel bronu ilə bağlı verilən sorğunun nəticəsi neqativ çıxıb.
 
Azərbaycanlı ailənin Latviya vizası qısamüddətli olduğundan polis onların Almaniyaya qanunsuz miqrant kimi gəlməsindən şübhələnərək rəsmi Riqaya sorğu göndərib, adlarına otel bronunun olub-olmadığını öyrənib. Nəticədə həmin şəxslər heç Latviyaya getmədikləri, eyni zamanda adlarına olan bronu aktivləşdirmədən ləğv etdikləri müəyyənləşib. Bu baxımdan, Almaniya Federal Polisi azərbaycanlı ailə ilə bağlı toplanılan faktları Braytenau Federal Prokurorluğuna və Miqrasiya İdarəsinə təqdim edib. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) Braytenau şöbəsində saxlanılan ailənin yaxın günlərdə Azərbaycana deportasiya ediləcəyi gözlənilir.

Bundan başqa, avtomobilin sürücüsü və sərnişinlər qaydaları pozduqlarına görə barələrində ilkin məhkəmə istintaqı başlanılıb. Türkiyə vətəndaşı 700 avro, Azərbaycan vətəndaşları isə 5200 avro cərimə də ödəmək məcburiyyətindədirlər. Eyni zamanda azərbaycanlı ailənin Latviya vizası da ləğv edilib.





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub
Dünya 22:19
Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub
İsrail ordusu HƏMAS-ın altı komandirini məhv edib
Dünya 21:47
İsrail ordusu HƏMAS-ın altı komandirini məhv edib
ABŞ Senatı Ukrayna üçün 500 milyon dollarlıq silah yardımını təsdiqləyib
Dünya 20:52
ABŞ Senatı Ukrayna üçün 500 milyon dollarlıq silah yardımını təsdiqləyib
Hindistan XİN rəhbəri Çinə səfər edəcək
Dünya 20:10
Hindistan XİN rəhbəri Çinə səfər edəcək
Lavrov Şimali Koreyaya səfər edib
Dünya 19:20
Lavrov Şimali Koreyaya səfər edib
Yaxın günlərdə PKK-nın silahları təhvil verməsinin ikinci mərhələsinə başlanılacaq
Dünya 19:00
Yaxın günlərdə PKK-nın silahları təhvil verməsinin ikinci mərhələsinə başlanılacaq
Ərdoğandan PKK-nın tərksilah prosesinə münasibət
Dünya 18:30
Ərdoğandan PKK-nın tərksilah prosesinə münasibət
PKK İraqda tərksilah prosesinə başlayıb
Dünya 14:01
PKK İraqda tərksilah prosesinə başlayıb
Rusiyanın Ermənistandakı hərbi bazasında əsgər özünü güllələyib
Dünya 07:55
Rusiyanın Ermənistandakı hərbi bazasında əsgər özünü güllələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol