• $
  • €
  • ₽
  • ₺
  • £

Camal Qaşıqçının öldürülməsinə görə 5 nəfər edam ediləcək

Camal Qaşıqçının öldürülməsinə görə 5 nəfər edam ediləcək
23.12.2019 15:18
Səudiyyə Ərəbistanında məşhur jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı gedən məhkəmə prosesində 5 nəfər haqqında edam qərarı çıxarılıb.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, istintaq çərçivəsində daha 3 nəfər isə ümumilikdə 24 il həbsə məhkum edilib.

Səudiyyə Ərəbistanının Baş prokurorluğu ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın köməkçisi Əl Kahtaninin isə buraxıldığını bəyan edib. Dünya mətbuatında Camal Qaşıqçının öldürülməsini planlayan şəxs kimi təqdim olunan Əl Kahtaninin buraxılması etirazlara səbəb olub.

Baş prokurorluq həmçinin cinayət törədilən zaman Səudiyyə Ərəbistanının İstanbuldakı səfiri vəzifəsini yerinə yetirən Əl Uteybi haqqında da heç bir ittiham səsləndirməyib.

Qeyd edək ki, "Vaşinqton post” qəzetinin sabiq əməkdaşı C. Qaşıqçı ötən il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol