• $
  • €
  • ₽
  • ₺
  • £

“Süleymani sosial mediada Trampı qəzəbləndirən memlər paylaşırdı”

“Süleymani sosial mediada Trampı qəzəbləndirən memlər paylaşırdı”
05.01.2020 20:42

Washington Post qəzeti cümə günü "Süleymani sosial mediada Trampı qəzəbləndirən memlər paylaşırdı" başlığı altında məqalə dərc olunub.

Məqalədə deyilir ki, cümə günü ABŞ-ın İraqa hava zərbəsi nəticəsində öldürülən İran generalı Qasim Süleymani "təkcə terror təşkilatçısı və rejimin ən güclü rəsmilərindən biri deyil, həm də prezident Trampın sosial mediadakı rəqiblərindən biri idi".

Belə ki, beynəlxalq ekspertlər Süleymanini uzun illərdir İranın elitar Qüds qüvvələrinin lideri və Yaxın Şərqdə vasitəçilik müharibələrinin gizli komandiri olaraq tanısa da, bir çox amerikalı generalı Süleymanini o 2018-ci ildə Trampla Instagram üzərində memlər vasitəsilə mübahisə etməyə başlayandan sonra tanıdı.

Anews.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Tramp administrasiyası 2018-ci ildə İrana qarşı təzyıq kampaniyası aparırdı. İran prezidenti Həsən Ruhani iyul ayında xəbərdarlıq etdi ki, "Amerika bilməlidir ki, İranla sülh bütün sülhlərin anasıdır, İranla müharibə isə bütün müharibələrin anasıdır". Məqalədə deyilənə görə, bu sözlər ali ruhani liderinin Birləşmiş Ştatları "Böyük Şeytan" adlandıran dini rejimin Amerika ilə bağlı işlətdiyi nisbətən mülayim ifadə olsa da, Tramp özünü çox təhqir olunmuş hesab etdi.

O öz Twitter hesabında cavab olaraq, "İran prezidenti Həsən Ruhaniyə: BİR DƏ HEÇ VAXT BİRLƏŞMİŞ ŞTATLARI HƏDƏLƏMƏ. YOXSA, TARİXDƏ ÇOX AZININ ÜZLƏŞDİYİ ƏN AĞIR FƏSADLARLA ÜZLƏŞƏCƏKSƏN. BİZ ARTIQ SƏNİN AĞILSIZ, ZORAKI İFADƏLƏRİNƏ VƏ ÖLÜM HƏDƏLƏRİNƏ DÖZƏCƏK ÖLKƏ DEYİLİK. EHTİYATLI OL!" yazdı.

 

Bundan bir neçə gün sonra Süleymani Ruhanini müdafiə etdi. "Sənə cavab vermək bizim prezidentin mənliyinə ziddir", Süleymani Tasmin xəbər agentliyi vasitəsilə Trampa bildirdi. "Sən müharibəni başlatsan, biz sonlandıracağıq. Bilirsən ki, bu müharibə sənin sahib olduğun hər şeyi dağıdacaq", o dedi.

Məqalədə bildirilir ki, vətəndaşlarının bir çox sosial media platformalarına çıxışına qadağa qoyan rejimin yüksək rütbəli komandiri olan Süleymani qeyri-adi bir şəkildə internetlə bağlı yüksək biliklərə malik idi. O elə həmin ay Instagramdakı 70 min izləyicisi ilə Ağ Evin partladığını əks etdirən foto paylaşmışdı. "Belə görünür həmin şəkil 2013-cü ildə çəkilən 'Olympus Has Fallen' filminin posterindən alınıb və redaktə edilmişdi. Belə ki, fotoda Süleymaninin əlində ratsiya ilə yanğının önündə dayandığı göstərilmişdi", Washington Post yazır.

 

Tramp İranla əldə olunan nüvə razılığıdan geri çəkiləndən və ölkəyə qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcəyi ilə bağlı təhdidlər edəndən sonra ikili arasında sosial media üzərində çəkişmə davam etdi. Tramp 2018-ci ilin noyabr ayında özünün Game of Thrones (Taxt Oyunları) serialının fonunda üzərində məşhur "Qış gəlir" ifadəsinin əvəzinə "sanksiyalar gəlir" sözləri yazılan şəklini paylaşdı.

 

Tramp paylaşımında birbaşa olaraq Süleymanini qeyd etməsə də, onun generalın meme-ni qəsdən yamsılayıb-yamsılamadığı bəlli deyil. Buna baxmayaraq Süleymani bir gün sonra Trampa eyni üslubda cavab verdi:

 
 

Commander of the Islamic Revolution Guards Corps ()  Force Major General Qassem Soleimani responded to  President Donald Trump's announcement that 'sanctions are coming' with a Game of Thrones-inspired meme of his ownhttp://tn.ai/1867553 

View image on Twitter

Süleymaninin Instagarm hesabı Tramp aprel ayında İrana qarşı sanksiyaları tətbiq edəndən sonra dayandırılıb.

İranın elitar Qüds Korpusunun komandanı General Qasim Süleymani ABŞ-ın Bağdad Beynəlxalq Aeroportunda endirilən hava zərbələri nəticəsində öldürüldü.

Pentaqon cümə axşamı yaydığı bəyanatda Qasim Suleymaninin öldürüldüyünü təsdiq edib və zərbənin ABŞ prezidenti Donald Trampın "göstərişi ilə" endirildiyini bildirib.

Pentaqon hücumu "ABŞ-ın xaricdəki personalını qorumaq üçün atılan "qətiyyətli müdafiə addımı" adlandırıb.

"General Süleymani aktiv şəkildə İraq və regionda Amerika diplomatları və hərbi qulluqçulara hücum etmək üçün planlar tərtib edirdi," bəyanatda bildirilib.

"Zərbə İranı gələcək hücum planlarından çəkindirmək məqsədi daşıyır. Birləşmiş Ştatlar dünya boyu vətəndaşlarımız və maraqlarımızı qorumaq üçün lazım olan tədbirləri görəcək," bəyanatda qeyd edilib.

Birləşmiş Ştatlar cümə günü vətəndaşlarını İraqı dərhal tərk etməyə çağırıb. Bağdadakı səfirlik bağlanıb, konsulluq xidmətləri dayandırılıb.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol