• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusa yoluxan pasiyent xəstəliyindən danışdı: “Elə bil marafondayam” - FOTO

Koronavirusa yoluxan pasiyent xəstəliyindən danışdı: “Elə bil marafondayam” - FOTO
28.05.2020 23:30
Koronavirus infeksiyasına yoluxan britaniyalı xəstəliyin necə keçdiyi barədə təəssüratlarını bölüşüb. Bu barədə "Daily Mirror” xəbər yayıb.

Birinci tip şəkərli diabetdən əziyyət çəkən 39 yaşlı kişi xəstəliyin ilk simptomlarını martın 4-də hiss edib. Onun başı ağrıyıb, ağciyərlərində ağrı yaranıb, sonra isə nəfəs almaqda çətinlik çəkib. Qəfil ürəkkeçmədən sonra britaniyalı kişi həkimə müraciət etməli olub.

Tibb işçiləri ilk öncə onun qripə yoluxduğunu ehtimal edərək inhalyator və "Tamiflu” preparatı təyin edərək, evə yollayıb. Ancaq səhhəti pisləşərsə, həkimə bir daha müraciət etməsi barədə xəbərdarlıq edib.

"Mən yenidən həkimlərə müraciət etməli oldum. Nəfəs almaq çox ağrılı idi. Ayaqyoluna gedəndə sanki marafon məsafəsi qaçırdım”, - deyə kişi bildirib.

Xəstəxanaya ikinci müraciətindən sonra onda COVID-19 virusu müəyyən olunub. Britaniyalı iddia edir ki, xəstəlik heç də qripə bənzəmir. O, ağciyərlərində ağrıdan şikayət edərək, bunu soyuq havada uzun müddət olduqdan sonra yaranan xoşagəlməz hissə bənzədib. O, inhalyator istifadəsi zamanı ağrının daha da şiddətləndiyini bildirib.

Hələ ki, xəstəliyi yüngül keçən britaniyalı və ailəsi ev karantinindədir. O, mütəmadi olaraq qanın oksigenlə doyma dərəcəsini izləmək məcburiyyətindədir. Britaniyalının sözlərinə görə, bu göstəricinin azalması halında xəstəxanaya yerləşdirmə, oksigen terapiyası və hətta intubasiya tələb oluna bilər.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol