• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük Britaniyanın baş naziri 6-cı dəfə ata oldu

Böyük Britaniyanın baş naziri 6-cı dəfə ata oldu
28.05.2020 23:32
Böyük Britaniyanın baş naziri Boris Conson və nişanlısı Kerri Simondsun övladları dünyaya gəlib.

"Report” "CNN Turk”ə istinadən xəbər verir ki, məlumatı baş nazirin sözçüsü yayıb.

Onun sözlərinə görə, cütlüyun oğlu olub.
Qeyd edək ki, B.Conson və K.Simonds cari ilin fevralında nişanlandıqlarını, övladlarının dünyaya gələcəyini bildirmişdilər.

Yeni körpə isə B.Consonun 6-cı övladıdır. Ehtimal edilir ki, baş nazirin boşanma prosesi başa çatandan sonra cütlük evlənəcək. Son 250 ildə K.Simonds Britaniya hökumət başçısının nikahı olmayan həyat yoldaşıdır. Baş nazirin əvvəlki nikahlardan 3 qızı, 2 oğlu var. 

B.Conson 1987-ci ildə Alleqre Mostin-Ouenlə ailə qurub. Onlar 1993-cü ildə boşanıblar. O, 1993-cü ildə Marine Uilerlə ailə qurub. Onların 2 qızı, 2 oğlu olub. 2009-cu ildə Consonun sənətşünas Helen Makintayrdan qızı dünyaya gəlib. Boris Conson 2018-ci ildə Marine Uilerlə boşanıb. İndi baş nazir Simondsla yaşayır.
K.Simonds Mühafizəkarlar Partiyasında ictimai fəaliyyətlə məşğuldur.
Xatırladaq ki, B.Conson bir müddət əvvəl koronavirusa yoluxmuşdu. İnfeksiyadan sağalan baş nazirin mayın 4-də işə çıxacağına dair məlumatlar yayılıb.

Yeri gəlmişkən, Boris Conson 1964-cü il iyunun 19-da ABŞ-da, Nyu-York ştatının Yuxarı İst-Sayd şəhərində anadan olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol