• $
  • €
  • ₽
  • ₺
  • £

Karantində acından ölənlər qapısından qırmızı bayraq asır - VİDEO

Karantində acından ölənlər qapısından qırmızı bayraq asır - VİDEO
28.05.2020 23:10
Kolumbiya karantin günlərini çox ağır keçirən ölkələrdəndir. Əhalinin böyük hissəsi ciddi aclıq çəkir.

Bizimyol.info xəbər verir ki, Kolumbiyada karantin vaxtı acından ölənlər, evində yeməyə heç nə olmayanlar qapısından qırmızı bayraq asır. Xüsusi bayraq almağa ehtiyac yoxdur, qırmızı rəngdə köhnəlmiş paltar parçası, əsgi də asmaq mümkündür. Bu halda evin qarşısından keçənlər, dövlət orqanlarının nümayəndələri xəbər tutur ki, sakinin yeməyə heç nəyi yoxdur.
"Euronews”a danışan Oskar Çilatra deyib ki, onsuz da daimi işi yox idi, indi vəziyyət lap pisləşib: "Uzağı gündə iki dəfə yeyirik. Hərdən cəmi bir dəfə yeməklə kifayətlənirik. Buna görə də ya hökumətin, ya da adi adamların köməyinə ehtiyacımız var. Qoy qırmızı əsgini görüb reaksiya versinlər”.
Xose Telyedor qorxur ki, karantin müddəti uzadıla bilər: "Nə edəcəyik? Mən oğurluğa gedən deyiləm. Kömək üçün kimə müraciət etməli olduğumuzu da bilmirəm”.
Paytaxt Boqotada belə, vəziyyət çox ağırdır. İş tapmaq mümkün deyil. İnsanlar evdə nə varsa, götürüb, bir yerdə yemək bişirirlər. Beləcə, heç kimin acından ölməməsinə çalışırlar.
Hüquq müdafiəçisi Vilder Andrey Telyes hökumətin insanların köməyinə gec gəldiyini bildirir. Onun sözlərinə görə, izolyasiya tədbirlərindən bir ay sonra hakimiyyət nümayəndələri müəyyən ərzaq paylamağa başlayıb: "Göstərirlər ki, belə situasiyaya hazır deyillər”.
Kolumbiyada karantin günlərində cinayətkarlığın səviyyəsi, zorakılıq halları artıb.
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol