• $
  • €
  • ₽
  • ₺
  • £

Putinə qarşı çevriliş planı hazırlanır - DETALLAR

Putinə qarşı çevriliş planı hazırlanır - DETALLAR
28.05.2020 22:06
Payız aylarında Rusiyada çevriliş olacağı və Putinin iqtidardan uzaqlaşdırılacağı iddia edilir.


 
Amma o da məlumdur ki, Vladimir Putin uzun illərdir təkbaşına və yüksək reytinqlə iqtidardadır. Hazırda Rusiya başçısının 59% reytinqi var.



"Levada”nın son sorğusunda respondentlərin 59%-i ondan razılığını ifadə edib. Lakin fevral ayında bu rəqəm 69, ötən il isə 81% idi. Görünən budur ki, federasiyada koronavirus pandemiyasına ilə mübarizədə cəmiyyətdə yaranmış inamsızlıq Putinə olan etimadı azaldır, reytinqinin sürətlə itməsinə səbəb olur.



Şübhəsiz ki, belə bir vəziyyətdə 59%-lik reytinq yüksəkdir, azalmasa… Digər yandan, Putinə alternativ də görünmür. Rus liberalları bir-birilə mübahisə edir. Üstəgəl, Putin avtoritarizminə alternativ kimi görünən liberalizmin Rusiyadakı əhatə dairəsi də kifayət qədər dar görünür. Kommunistlərin lideri Zyüqanov və millətçilərin lideri Jirinovski də Putinə dəstək verə-verə qocaldılar, yəni müxalifət kürsüsünə ondan əl çəkməyəcək qədər öyrəşiblər, ayağa qalxmaları çətindir.



Lakin Rusiyadan gələn son məlumatlar göstərir ki, daxildə narahatlıq getdikcə artır. İqtisadiyyatın vəziyyəti onsuz da, koronavirusa qədər də pis idi. Neftin kəskin ucuzlaşması koronavirusdan da ağır zərbə oldu. Rusiyada neft və qaz ÜMD-ün 20, dövlət büdcəsinin 40, ixracatın da 60 faizi deməkdir. Proqnozlara görə, neftin qiymətləri uzun müddət 30 dollardan aşağı səviyyələrdə qalsa, Rusiya iqtisadiyyatı 20% kiçiləcək. Rusiya Məşğulluq Nazirliyinin rəsmi rəqəmlərinə görə, hazırda 1.6 milyon nəfər olan işsiz sayı bu ilin sonunadək 2.5 milyona qədər arta bilər. Digər rəsmi instansiyalar isə Rusiyada 20 milyon insanın işsiz olduğu açıqlayır. Yəni, mövcud vəziyyətdə bu rəqəm iki dəfə artıb 40 milyona çata bilər. üstəgəl, minimum əmək haqları da azdır: 12 min 130 rubl, yəni 170 dollar. Başqa sözlə, Rusiyada gedişat sürətlə pisləşir.



Çevriliş iddiaları



Son günlərdə rus mediasında dövlət çevrilişinə cəhd iddiaları tez-tez dilə gətirilir. Koronavirus dalğası bu yöndə olan müzakirələri qızışdırdı. Ən maraqlısı isə budur ki, bu ehtimallardan təkcə hakimiyyətə yaxın ekspertlər və ya media qurumları yox, digər siyasi institutların nümayəndələri də danışır. Yəni, məsələ hansısa bir və ya bir neçə siyasi qrupun marginal maraqlarına xidmət edən spekulyasiyaya oxşamır.



Ötən günlərdə "Komsomolskaya Pravda” qəzetinin radiosunun efirində məşhur iqtisadçı, akademik Mixail Delyagin yaxınlarda Kremlin ordunun əlinə keçəcəyi iddiasını irəli sürərək, bu barədə izləyicilərə sual ünvanladı, yəni kiçik bir sorğu keçirdi. İzləyicilərin 18 faizi bunun mümkünsüz hesab etdiyi halda, 82 faiz bunun baş verəcəyinə inandığını bildirdi.

Siyasi mütəxəssis Maksim Fedorenko isə iddia edir ki, Putinin iqtidardan uzaqlaşdırılması üçün üç mərhələli bir plan icra olunur, Qərbin sanksiyaları, neftin ucuzlaşması və koronavirus bu planın birinci mərhələsidir. Fedorenkoya görə, ikinci mərhələdə Putin hakimiyyətdən uzaqlaşdırılaraq Rusiyada fövqəladə vəziyyət elan olunacaq, üçüncü mərhələdə isə Rusiyanın demokratik dünyaya inteqrasiyası başlayacaq.



Bəs bu qiyamın müəllifləri və ya oyunçuları kimdir?

Oliqarxlar, yəni ən zəngin ruslar və ya dövlətin strateji postlarını tutan liberal baxışlı bürokratlar – Mərkəzi bankın rəhbəri Nabiullina, Hesablama Palatasının sədri Kudrin, "Sberbank”ın rəhbəri Qref, keçmiş Baş nazir Medvedev, nanotexnologiya qurumunun başçısı Çubays...
Adı çəkilənlərdən biri Çubays bir neçə gün əvvəl "Forbes”ə verdiyi müsahibədə bu gün başlayan qlobal iqtisadi böhranın heç bir böhrana bənzəməyəcəyini, orta təbəqələrin kiçiləcəyini, yoxsulların isə daha da yoxsul olacağını deyərək, bunun siyasi nəticələrinin olacağını, inqilabi dəyişiklikləri gündəmə gətirəcəyini dilə gətirib.



Kremlə yaxınlığı ilə seçilən politoloq Sergey Markov da, çevriliş məsələsini gündəmə gətirənlərdən biridir. Ona görə, qiyam planlarının arxasında Rusiyanı ABŞ-ın oyuncağına çevirmək istəyən güclər var.



Putin çevriliş cəhdinin qarşısını aldı, yoxsa gizlənir?



Rusiyanın mühafizəkar mütəxəssislərini birləşdirən "İzborsk” klubunun rəhbərlərindən biri Vitali Averyanov, əslində oliqarxlar və "Medvedev klanı”nın qiyam planının icrasına başladığını, Putinin yanvar ayında hökuməti istefaya göndərərək, bunun qarşısını aldığını vurğulayır. Rusiyanın Baş prokuroru Yuri Çayka və Putinin ən güclü müşavirlərindən biri Vladislav Surkovun postlarından uzaqlaşdırılmasının da, bu prosesin davamı olduğunu iddia edir: "Kreml daxilindəki hakimiyyət savaşı hələ başa çatmayıb”.



Putinin KQB məktəbindən sinif yoldaşı, uzun illərdir ABŞ-da yaşayan Yuri Şvets Rusiya liderinin hazırda bir sığınacaqda koronavirusdan yox, komandasındakı yaxın adamlarından qorunduğunu iddia edir.



Professor Valeri Solovey isə Putinin reytinqinin düşdüyünü, karantindən sonra iki siyasi qrupun ön plana çıxacağını düşünür: Moskva meri Sergey Sobyanin və onunla paralel addımlayan "Rostex” şirkətinin hərbçi rəhbəri Sergey Çemezov. İkinci qrupa isə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Bürosunun (FTB) rəhbəri Aleksandr Bortnikov və bu qurumun keçmiş başçısı Nikolay Patruşşev daxildir.

Bəzi mənbələr 1999-cu ildə Rusiyada həyata keçirilən və Putinin hakimiyyətə gəlməsi ilə yadda qalan ssenarinin payız aylarında təkrarlanacağını bildirirlər. 1999-cu il dekabrın 31-də dönəmin prezidenti Boris Yeltsin gözlənilmədən istefa verərək, yerini Baş nazir Vladimir Putinə vermişdi. Qısa müddətdə keçirilən prezident seçkiləri ilə elə Putinin özü hakimiyyətin başına keçdi. Bu olay "Putinin səssiz dövlət çevrilişi” adlandırıldı. İndi isə görünən budur ki, "səssiz qiyam”la iqtidarı ələ keçirən Putin eyni ssenari ilə də yola salınmaq üzrədir.


Hit.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol