• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Səbinə Əliyeva beynəlxalq təşkilatlara müraciət etdi

Səbinə Əliyeva beynəlxalq təşkilatlara müraciət etdi
31.10.2020 15:57
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini atəşə tutması nəticəsində qədim tarixə malik dini-mədəniyyət abidələrinin dağıntılara məruz qalması ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, milli insan hüquqları təsisatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara videomüraciət edib.


Anews.az-ın xəbərinə görə, müraciətdə təcavüzkar Ermənistanın Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə ballistik raket zərbələri endirməklə təkcə Azərbaycanın deyil, eyni zamanda dünya mədəni irsinə aid dini-mədəni abidələri, ziyarətgahları və ümumbəşəri dəyərləri hədəf aldığını, beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasını, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasını, Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 1949-cu il Cenevrə Konvensiyasını, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasını və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozması qeyd olunmuş, milli, mənəvi, dini terroru həyata keçirən, tarixi, dini-mədəni abidələri məhv edən, insan hüquq və azadlıqlarını kobud şəkildə pozaraq müharibə cinayətləri törədən işğalçı Ermənistan dövlətinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi səy göstərməyə çağırılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Vaşinqtonda qətllərə görə edam cəzası tələb edəcək
Dünya 23:58
Tramp Vaşinqtonda qətllərə görə edam cəzası tələb edəcək
Finlandiya piyada əleyhinə minaların istifadəsini bərpa edəcək
Dünya 22:30
Finlandiya piyada əleyhinə minaların istifadəsini bərpa edəcək
Putinlə danışıqlar bu ölkələrdə keçirilə bilər - Zelenski açıqladı
Dünya 22:08
Putinlə danışıqlar bu ölkələrdə keçirilə bilər - Zelenski açıqladı
“Apple” “iPhone 17” mobil telefonunu təqdim edəcək
Dünya 22:01
“Apple” “iPhone 17” mobil telefonunu təqdim edəcək
Belçika Ukraynaya F-16 qırıcıları verəcək
Dünya 21:22
Belçika Ukraynaya F-16 qırıcıları verəcək
ABŞ viza rüsumlarını artırıb
Dünya 20:49
ABŞ viza rüsumlarını artırıb
Ermənistan və Gürcüstanda rekord quraqlıq
Dünya 09:04
Ermənistan və Gürcüstanda rekord quraqlıq
Tram Qəzzadakı münaqişənin həlli üçün bir neçə həftə müddət verdi
Dünya 08:57
Tram Qəzzadakı münaqişənin həlli üçün bir neçə həftə müddət verdi
Tbilisi–Ankara birbaşa reysləri oktyabrda bərpa olunacaq
Dünya 08:49
Tbilisi–Ankara birbaşa reysləri oktyabrda bərpa olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol