Türkiyə şirkəti Qazaxıstanda respublika əhəmiyyətli yolu təmir edəcək - Foto
![Türkiyə şirkəti Qazaxıstanda respublika əhəmiyyətli yolu təmir edəcək - Foto Türkiyə şirkəti Qazaxıstanda respublika əhəmiyyətli yolu təmir edəcək - Foto](https://anews.az/photo/850x500/2021-09/1632658588_154.jpg)
Qazaxıstanın MIIR Yollar Komitəsi Türkiyənin "EH ESER Taahhut ve Sanayi Anonim Şirketi” ilə respublika əhəmiyyətli avtomobil yolunun 101-143 km-lik "Uzunaqaş-Otar” hissəsinin yenidən qurulması ilə bağlı müqavilə imzalayıb.
İmzalanma mərasimində Komitə sədrinin müavini Jambul Baktiyar və podratçı təşkilatın İdarə Heyətinin sədri İlhan Adiloğlu iştirak ediblər.
Yenidənqurma işlərindən sonra yol 1 B kateqoriyalı və 13 tonluq yük qabiliyyətli 4 zolaqlı trafikə malik olacaq. Layihə kənd təsərrüfatı texnikasının keçməsi üçün 2 ədəd yerüstü keçidin və 32 suötürücünün, həmçinin 6 avtobus dayanacağının tikilməsini nəzərdə tutur.
Yenidənqurma işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
![](https://anews.az/file/articles/2021-09/1632658615_2.jpg)
![](https://anews.az/file/articles/2021-09/1632658545_1.jpg)
![](https://anews.az/file/articles/2021-09/1632658588_154.jpg)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)