Saakaşviliyə dəstək mitinqi keçirilib - VİDEO
![Saakaşviliyə dəstək mitinqi keçirilib - VİDEO Saakaşviliyə dəstək mitinqi keçirilib - VİDEO](https://anews.az/photo/850x500/2021-10/1635402814_zuqdidimitinq.jpeg)
Gürcüstanın Sameqrelo bölgəsinin Zuqdidi şəhərində böyük mitinq keçirilib.
Mitinq ölkənin keçmiş Prezidenti Mixail Saakaşvili tərəfindən təsis edilən "Vahid Milli Hərəkat” tərəfindən təşkil edilib.
Bildirilir ki, "Vahid Milli Hərəkat” sözügedən mitinqlə Sameqrelo bölgəsində seçki qabağı kampaniyasını başa vurub.
Oktyabrın 30-u Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu keçiriləcək. Seçki zamanı Zuqdidi də daxil olmaqla 20 şəhər və rayona merlər seçiləcək. Seçkilərin birinci turu isə oktyabrın 2-si keçirilib. (sputnik)
![](https://anews.az/file/articles/2021-10/1635403559_1635401714._121091041_3gettyimages-1235879932-1.jpg)
![](https://anews.az/file/articles/2021-10/1635402814_zuqdidimitinq.jpeg)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər