Ərdoğan bu dəfə lenti kəsən uşağı vurmadı - VİDEO
![Ərdoğan bu dəfə lenti kəsən uşağı vurmadı - VİDEO Ərdoğan bu dəfə lenti kəsən uşağı vurmadı - VİDEO](https://anews.az/photo/850x500/2021-10/1635489900_download.jpeg)
Türkiyənin paytaxtı Ankarada Millət Baxçasının açılışı zamanı maraqlı anlar yaşanıb.
Ölkənin ənənələrinə uyğun olaraq, açılışda lent kəsmə mərasiminə dövlət rəsmiləri ilə yanaşı, uşaqlar da qatılıb.
Sonda çıxış yolu olaraq balaca qızın əlindən qayçı alınıb. Amma bu da azyaşlını dayandıra bilməyib. O, yarıda qoyduğu işi əlləriylə tamamlayaraq lenti qoparıb.
Uşağın bu davranışına prezident Rəcəb Tayyib Ərdoğan sakit reaksiya verərək, onun hərəkətini normal qarşılayıb.
Buna oxşar vəziyyət sentyabrda Rizedə Salarha Tunelinin açılışında da baş vermişdi, orada prezident Ərdoğan lenti kəsən oğlanın başına əli ilə vuraraq, ona əsəbiləşdi. Prezidentin bu hərəkəti sosial şəbəkələrdə ictimai qınağa tuş gəlib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər