• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Türkiyənin yeni peyki orbitə buraxılıb - FOTO

Türkiyənin yeni peyki orbitə buraxılıb - FOTO
19.12.2021 16:30
Türkiyənin "TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı "Cape Canaveral” kosmodomundan orbitə göndərilib.

42 dərəcə şərq orbitində xidmət göstərəcək peyk Türkiyənin peyk məlumat ötürmə qabiliyyətini 15 dəfədən çox artıracaq.

"TürkSAT 5B” sabit peyklərdən 20 qat daha səmərəliliyə malikdir. Peykin manevr müddəti 35 ildən çoxdur. Peyklə yanaşı, kosmosa ilk dəfə kommersiya rabitə peyki ilə "yerli istehsal olan avadanlıq” da göndərilib.

"TürkSAT 5B” Yaxın Şərq, Körfəz ölkələri, Qırmızı və Aralıq dənizi, Şimali və Cənubi Afrika, Nigeriya daxil olmaqla geniş əhatə dairəsinə xidmət göstərəcə biləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı "Twitter"dəki hesabında paylaşım edib.
"Kosmosda səkkizinci aktiv peykimiz olacaq TürkSAT 5B" 42 dərəcə şərq orbitində ölkəmizə 35 il xidmət etmək üçün kosmos səyahətinə başlayır. Uğurlar", - deyə dövlət başçısı sosial şəbəkədəki hesabında yazıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bu peyklə ölkənin rabitə imkanlarının 15 dəfə artacağını bildirib. Nazir qeyd edib ki, "TürkSAT 5B" çərçivəsində hava, dəniz, quru interneti və yerüstü əlaqəyə çatmaq mümkün olmayan rabitə quruluşu hər yerdə fasiləsiz təmin ediləcək. Beləliklə, genişzolaqlı internet və rabitə başdan-başa təmin olunacaq.

Qeyd edək ki, bununla da "TürkSAT A.Ş.”ə məxsus rabitə peyklərinin sayı artaraq 5-ə çatıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kiyev bu gün atəşə tutulub - FOTOLAR
Dünya 11:55
Kiyev bu gün atəşə tutulub - FOTOLAR
Putinin qızının keçmiş ərinin villası əlindən alındı - FOTO
Dünya 09:45
Putinin qızının keçmiş ərinin villası əlindən alındı - FOTO
Rusiyaya qarşı döyüşən cütlük cəbhədə evlənib
Dünya 13:04
Rusiyaya qarşı döyüşən cütlük cəbhədə evlənib
Rusiyanın Ukraynaya hücumuna rəqs nümayişi ilə etiraz edilib - FOTO/VİDEO
Dünya 12:50
Rusiyanın Ukraynaya hücumuna rəqs nümayişi ilə etiraz edilib - FOTO/VİDEO
Bu əsər 7 dəqiqəyə 45,4 milyon dollara satıldı - Fotolar
Dünya 20:06
Bu əsər 7 dəqiqəyə 45,4 milyon dollara satıldı - Fotolar
Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO
Dünya 17:30
Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO
“Omikron”a yoluxma halında lazım olan dərmanlar - FOTO
Dünya 14:30
“Omikron”a yoluxma halında lazım olan dərmanlar - FOTO
Məşhur aktrisa 13 il sonra görüntüləndi: Dəyişiklik hər kəsi şoka saldı - FOTO
Dünya 14:00
Məşhur aktrisa 13 il sonra görüntüləndi: Dəyişiklik hər kəsi şoka saldı - FOTO
Avropada yol polisindən unikal addım: Avtobusla “sürücü ovu” - FOTO
Dünya 13:30
Avropada yol polisindən unikal addım: Avtobusla “sürücü ovu” - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol