• $
  • £

Obama Rusiyanı hədələdi

Obama Rusiyanı hədələdi
26.03.2014 11:09
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Moskva beynəlxalq hüquq normalarına əməl etməyə hazır olduğunu nümayiş etdirəcəyi təqdirdə Rusiya və Qərb ölkələri arasında münasibətlər yaxşılaşacaq.“Məhz Rusiya məsuliyyətli olmağa və  beynəlxalq hüquq normalarına əməl etməyə dair  iradəsini nümayiş etdirməyə qərar verməlidir. Əgər o bu yolla irəliləmək qərarına gələrsə, düşünürəm ki, biz yaxşı nəticə əldə etmiş olacağıq”. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Obama Haaqada nüvə təhlükəsizliyinə dair sammitin yekununda  keçirilmiş mətbuat konfransında bildirib.    “Rusiyanın lazımi addımların atılması üçün variantı var: Ukrayna hökuməti Moskva ilə danışıqların aparılmasına hazır olduğunu bəyan edib”, deyə ABŞ prezidenti əlavə edib.   Bununla belə, Barak Obama qeyd edib ki, ABŞ və Avropa Birliyi  iqtisadi sanksiyalar da daxil olmaqla, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdırlar.   “Əgər Rusiya bu yolla getməyə davam edərsə, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə də sanksiyalar tətbiq olunacaq”, deyə Obama bildirib. Onun sözlərinə görə, sanksiyalar energetika, maliyyə və ticarət sahələrini əhatə edə bilər.  ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FİFA-dan İsraillə bağlı qərar
Dünya 23:41
FİFA-dan İsraillə bağlı qərar
Ərdoğan və Şahbaz Şərif regiondakı vəziyyəti müzakirə edib
Dünya 21:25
Ərdoğan və Şahbaz Şərif regiondakı vəziyyəti müzakirə edib
KİV: İran ABŞ-nin "F-35" qırıcısını vurub
Dünya 20:58
KİV: İran ABŞ-nin "F-35" qırıcısını vurub
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 1000-i keçib
Dünya 20:30
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 1000-i keçib
İsrail ABŞ-ın Hörmüz boğazı əməliyyatına kəşfiyyat dəstəyi verməyə hazırlaşır – media
Dünya 14:38
İsrail ABŞ-ın Hörmüz boğazı əməliyyatına kəşfiyyat dəstəyi verməyə hazırlaşır – media
Səudiyyə Ərəbistanının Yanbu limanı havadan hücuma məruz qalıb – Reuters
Dünya 11:48
Səudiyyə Ərəbistanının Yanbu limanı havadan hücuma məruz qalıb – Reuters
Omanda Ermənistan səfirliyinin açılışı olub
Dünya 23:59
Omanda Ermənistan səfirliyinin açılışı olub
VI Felipe Madriddə Zelenskini qəbul edib
Dünya 23:09
VI Felipe Madriddə Zelenskini qəbul edib
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
Dünya 21:19
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol