Putin Ərdoğana: Dincəlmək üçün bizə gələ bilərsiniz...

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı tətil üçün Soçiyə dəvət edib. Bu barədə TASS xəbər agentliyi məlumat yayıb.
Türkiyə prezidentinin Soçiyə uçuş vaxtının bir saat on beş dəqiqə olduğunu deməsindən sonra Putin belə bir təkliflə Ərdoğana müraciət edib.
"Yaxşı, dincəlmək üçün bizə gələ bilərsiniz", - deyə Vladimir Putin bildirib.
Ərdoğan cavabında qeyd edib ki, Soçidə çoxlu istirahət mərkəzləri var.
Soçidə Rusiya lideri Vladimir Putinlə söhbətinin əvvəlində Ərdoğan taxıl müqaviləsi məsələsi ilə bağlı danışıqların dünya və Afrika ölkələri üçün əhəmiyyətli olacağını vurğulayıb. Onun sözlərinə görə, bütün dünya nəticə ümidi ilə onları izləyir.
Sentyabrın 4-də Soçidə Türkiyə və Rusiya prezidentləri arasında danışıqlar başlayıb.
www.anews.az

Fehruz Rzayev
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 