• $
  • £

Yaponiyada yaşı 100-dən çox olanların sayı artıb

Yaponiyada yaşı 100-dən çox olanların sayı artıb
15.09.2023 16:23
100 yaşdan yuxarı yaponiyalıların sayı ilk dəfə olaraq 92 mini keçib. Bu barədə məlumatı Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi 18 sentyabrda qeyd olunan Ahıllara təşəkkür günü münasibəti ilə yayıb. 


Sentyabrın 15-nə ölkədə yaşı 100-dən yuxarı olan vətəndaşların sayı 92 139 nəfər olub. Yüzilliklərin sayı 50 ildən artıqdır ki, ardıcıl olaraq artır və hər il yeni rekord müəyyənləşdirir. Bu il ölkədə yaşı 100-dən yuxarı olanların sayı 1500 nəfər artıb. Əsrin yaşı olanların təxminən 89 faizini qadınlar təşkil edir.

İdarədən bildirilib ki, bu il 47 107 nəfər 100 illik yubileyini qeyd edir, onlara təbrik məktubları və xatirə hədiyyələri göndəriləcək.

Yaponiyada yaşlı insanların sayı ən azı 1963-cü ildən, Yaşlıların Rifahı Qanunu qəbul edildikdən sonra durmadan artır. Həmin dövrdə ölkədə yaşı 100-dən yuxarı 153 nəfər yaşayırdı. 1981-ci ildə onların sayı 1000-i, 1998-ci ildə 10 mini, 2012-ci ildə isə artıq 50 mini keçib.


Yaponiya uzunömürlülük üzrə dünya liderlərindən biridir. Hər 100.000 əhaliyə 100 yaşdan yuxarı 73 nəfər düşür. Digər ölkələrdə olduğu kimi Yaponiyada da qadınlar kişilərdən daha uzun yaşayırlar. Qadınlar üçün orta ömür uzunluğu 87, kişilər üçün isə 81 yaşdan çoxdur.


Yaponiyada ən yaşlı insan 25 aprel 1907-ci ildə anadan olmuş 116 yaşlı Fusa Tatsumidir. Ailəsinin dediyinə görə, o, normal həyat tərzi keçirib və uzunömürlülüyünün sirri düzgün və nizamlı qidalanmasındadır. 
 
Gülnar 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İraqın Baş naziri Tehrana səfər edəcək
Dünya 23:57
İraqın Baş naziri Tehrana səfər edəcək
İordaniya İrana etiraz notası təqdim edib
Dünya 22:31
İordaniya İrana etiraz notası təqdim edib
Türkiyə Yunanıstanı Lozanna müqaviləsini pozmaqda ittiham edib
Dünya 21:27
Türkiyə Yunanıstanı Lozanna müqaviləsini pozmaqda ittiham edib
Türkiyədə şagirdləri daşıyan avtobus aşıb, 19 nəfər yaralanıb
Dünya 18:22
Türkiyədə şagirdləri daşıyan avtobus aşıb, 19 nəfər yaralanıb
Hakan Fidan iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
Dünya 18:10
Hakan Fidan iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
BAEA İrandakı AES-ə hücumla bağlı araşdırmaya başlayıb - Yenilənib
Dünya 17:02
BAEA İrandakı AES-ə hücumla bağlı araşdırmaya başlayıb - Yenilənib
Yaşar Güler Şimali Kiprə səfər edib
Dünya 15:00
Yaşar Güler Şimali Kiprə səfər edib
Hakan Fidan Qətərin Baş naziri ilə görüşüb
Dünya 13:55
Hakan Fidan Qətərin Baş naziri ilə görüşüb
“Facebook” və “Instagram” çöküb
Dünya 13:03
“Facebook” və “Instagram” çöküb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol