• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

İrəvanda polislə toqquşmalar və insanların həbsi başlayıb

İrəvanda polislə toqquşmalar və insanların həbsi başlayıb
22.09.2023 11:50
İrəvanda polislə toqquşmalar başlayıb və parlament binası yaxınlığında etirazçılar saxlanılıb.

Qarabağdakı vəziyyətlə bağlı ölkənin baş naziri Nikol Paşinyana etiraz edən Ermənistan vətəndaşları hazırda hökumətin iclasının keçirildiyi İrəvanın mərkəzində Nazirlər Kabinetinin binası qarşısında toplaşıblar.

"Polislə toqquşmalar və sərt həbslər... Polis sadəcə insanları sındırır", - " Azatagrum" (Azadlıq) xalq hərəkatının lideri Mika Badalyan Telegram kanalında yazıb.

Onun sözlərinə görə, tətilə Moskva Dövlət Universitetinin İrəvandakı filialının tələbələri ilə yanaşı, Fransa universitetinin tələbələri də qoşulub.

Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağda lokal antiterror əməliyyatına başlandığını elan edib. Əməliyyatın məqsədinin "genişmiqyaslı təxribatların” qarşısının alınması, o cümlədən Ermənistan ordusunun bölmələrinin tərksilah edilərək bölgədən çıxarılması olduğu bildirilib.

Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə bölgədə atəşkəslə bağlı tərəflər arasında razılıq əldə olunub. Atəşkəsin şərtləri arasında, xüsusilə, Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi və ağır texnikanın geri çəkilməsi də var idi.

Bundan əvvəl İrəvan polisi "Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyanı saxlayıb .
 
Gülnar 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Хакан Фидан и представители ХАМАС обсудили ситуацию в Газе
Dünya 23:02
Хакан Фидан и представители ХАМАС обсудили ситуацию в Газе
Şanlıurfada dilənçilik və küçələrdən metal toplamaq qadağan edilib
Dünya 22:22
Şanlıurfada dilənçilik və küçələrdən metal toplamaq qadağan edilib
Çində zəlzələyə görə 20 min insan təxliyə edilib
Dünya 20:57
Çində zəlzələyə görə 20 min insan təxliyə edilib
Sonuncu girovun cəsədi Qəzzadan İsrailə qaytarılıb
Dünya 18:33
Sonuncu girovun cəsədi Qəzzadan İsrailə qaytarılıb

Yaponiyada güclü qar nəticəsində 16 nəfər həlak olub
Dünya 17:44
Yaponiyada güclü qar nəticəsində 16 nəfər həlak olub

AŞPA-nın yeni prezidenti seçilib
Dünya 17:25
AŞPA-nın yeni prezidenti seçilib
Hindistanda yeni ölümcül virus yayılıb
Dünya 14:48
Hindistanda yeni ölümcül virus yayılıb
İranda etirazlarda ölənlərin sayı 6 minə çatır
Dünya 12:18
İranda etirazlarda ölənlərin sayı 6 minə çatır
Venesuelada daha 80 siyasi məhbus azadlığa buraxılıb
Dünya 10:50
Venesuelada daha 80 siyasi məhbus azadlığa buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol