KTMT münqaişə zamanı bizə kömək etmədi - Ermənistanın baş naziri

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla Azərbaycan arasında gərgin münaqişə zamanı Ermənistanı tək buraxıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"2021-ci il Azərbaycanla münasibətlərinin gərginləşməsi zamanı sərhəddə KTMT bizə kömək etmək üçn heç nə etmədi. Bizi tamamilə tək qoydu", - Paşinyan Avropa Parlamentinin iclasında çıxışı zamanı deyib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Sarsılmaz Qardaşlıq” adlı təlimləri artıq bir dəfə 2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.
2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib.
KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər