• $ 1.7
  • € 1.9816
  • ₽ 0.021725
  • ₺ 0.0406
  • £ 2.2805

Krım tatarlarının taleyi təhlükədədir? - AÇIQLAMA

Krım tatarlarının taleyi təhlükədədir? - AÇIQLAMA
29.05.2020 03:18
“Ukrayna prezidenti Yanukoviçin vəzifədən kənarlaşdırması, yeni Ukrayna iqtidarının radikal-milliyyətçi partiya və qrup liderləri tərəfindən doldurulması Krım tatarları üçün risk daşıyır”.Bu fikirləri ANN.Az-a açıqlamasında "21-ci Yüzil" Türkiyə İnstitunun əməkdaşı, politoloq Sabir Əsgəroğlu deyib.

Ukraynada vəziyyətin gərginləşdiyini deyən S.Əsgəroğlu Krımın taleyinin həll olunmasında Türkiyə faktoruna da toxunub: “Yeni iqtidara qarşı hərəkətə keçən Krım rusları bu əyaləti Rusiyaya bağlamağa çalışacaqlar. Krım tatarlarının buna qarşı çıxması nəticəsində qarşıdurmaların meydana çıxma riskinin artacağı gözlənilir. Beləliklə, milliyyətçi qrupların rusları hədəf ala biləcəyi kimi, Krım tatarlarını da hədəfə ala biləcəyi ehtimal olunur. Bu gərginlik şəraitində Krım tatarlarının bu tərəflərdən birinin yanında iştirak etməsi çox çətin qərar kimi görünür. Krım tatarlarının hər hansı bir tərəfi tutması da böyük risk deməkdir".

Politoloq qeyd edib ki, Krım tatarları hər hansı bir tərəfin yanında yer almaması ən uyğun seçim ola bilər: "Ancaq bu kafi olmayacaq. Krımda yaşanacaq hər hansı bir gərginlik və onun nəticələri Krım tatarlarına təsir etdiyi kimi, Türkiyəyə də təsirsiz ötüşməyəcək. Bu vəziyyətdə Türkiyəyə birbaşa Kiyev rəhbərliyi ilə yanaşı, həm Avropa Birliyi üzərindən, həm də bəlkə də Rusiya ilə icra edəcəyi görüşlərdə Krım tatarlarının təhlükəsizliyinin təmin edilməsi, bölgənin sabitliyinin qorunması mövzusunda hərəkətə keçməsi lazım gələcək".

SeymurANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
HAMAS daha bir israilli girovun qalıqlarını təhvil verəcək
Dünya 23:40
HAMAS daha bir israilli girovun qalıqlarını təhvil verəcək
Tramp və Zelenski arasında görüş başa çatıb - Yenilənib
Dünya 22:15
Tramp və Zelenski arasında görüş başa çatıb - Yenilənib
Bu ölkədə “qızıl viza” proqramı tətbiq ediləcək
Dünya 22:09
Bu ölkədə “qızıl viza” proqramı tətbiq ediləcək
Hakan Fidan və Şeybani arasında telefon danışığı olub
Dünya 21:37
Hakan Fidan və Şeybani arasında telefon danışığı olub
Zelenski ABŞ-yə gedib
Dünya 23:55
Zelenski ABŞ-yə gedib
Tramp HAMAS-ı məhv etməklə hədələyib
Dünya 23:28
Tramp HAMAS-ı məhv etməklə hədələyib
Gürcüstanda orta və ali təhsilin müddəti azaldılır
Dünya 22:45
Gürcüstanda orta və ali təhsilin müddəti azaldılır
Tramp Putinlə Budapeştdə görüşəcək - Yenilənib
Dünya 21:30
Tramp Putinlə Budapeştdə görüşəcək - Yenilənib
Fələstində yeni konstitusiya hazırlanacaq
Dünya 20:53
Fələstində yeni konstitusiya hazırlanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol