Ermənistan Rusiya olmadan hava limanında sərhəd xidmətinin işini təmin edə biləcəyini açıqlayıb
İrəvan Rusiyanın köməyi olmadan Zvartnots hava limanında sərhəd xidmətini işini apara biləcəyinə qadir olduğunu açıqlayıb. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Ermənistan tərəfinin bu təşəbbüsü barədə Rusiya tərəfi məlumatlandırılıb. İndi biz hesab edirik ki, Ermənistan institusional olaraq Zvartnots hava limanında sərhəd xidmətini həyata keçirməyə qadirdir. Hesab edirəm ki, bu, Rusiya tərəfi üçün kifayətdir”, - nazir bu gün keçirdiyi brifinqdə bildirib.
Bir gün əvvəl Ermənistan Rusiya FSB Sərhəd Xidmətinin nümayəndələrini Zvartnots hava limanından geri çəkmək niyyəti barədə Rusiyaya məlumat verib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox