• $
  • £

Kreml Paşinyanın KTMT-dən çıxma ehtimalı ilə bağlı açıqlamasından danışıb

Kreml Paşinyanın KTMT-dən çıxma ehtimalı ilə bağlı açıqlamasından danışıb
13.03.2024 16:29
Ermənistanın  KTMT-dən çıxma ehtimalı ilə bağlı məsələni aydınlaşdırmaq üçün təmaslara ehtiyac var. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
 
"Əlbəttə, biz bu bəyanatları eşitmişik. Açığı, təbii ki, indi görüləsi işlər çoxdur. Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Cənab Baş nazirin verdiyi bəyanatlara uyğun olaraq dəqiqləşdirib danışacağıq”, - Peskov jurnalistlərə cavab verib.

Peskov Paşinyanın bu cür bəyanatları ilə KTMT-nin necə əlaqəsi olduğu sualını KTMT-yə yönləndirib və Kremlin təşkilat adından danışa bilməyəcəyinə aydınlıq gətirib.
 
"Əlbəttə, KTMT çərçivəsində görüləsi işlər var”, - dövlət başçısının mətbuat katibi yekunlaşdırıb.
 
Bir gün əvvəl Ermənistanın baş naziri mətbuata açıqlamasında bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanda ona məxsus məsuliyyət sahəsi ilə bağlı suala cavab verilməsə Ermənistan bu qurumdan  çıxacaq.
 
Fevralın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan "France24” telekanalına müsahibəsində ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirakını dayandırdığını açıqlayıb. Onun sözlərinə görə, KTMT respublika qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Daha sonra təşkilat üzvlüyün dayandırılması ilə bağlı İrəvandan heç bir rəsmi bildiriş almadığını bildirib. Bununla bağlı KTMT katibliyi təklif edib ki, Ermənistan hökumət başçısının bəyanatları strukturun yalnız bəzi tədbirlərində iştirakdan imtina etmək deməkdir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol