• $
  • £

Moldova Rusiyaya etiraz edib

Moldova Rusiyaya etiraz edib
19.03.2024 16:36
Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşını Dnestryanı bölgədə (Moldovanın separatçı rejim tərəfindən idarə olunan bölgəsi) Rusiya Federasiyasının prezidenti seçkilərini təşkil etdiyi üçün persona non qrant elan edib. Bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Bu kontekstdə Rusiya Federasiyasının səfirinə rəsmi məlumat verilib ki, səfirlik əməkdaşlarından biri Moldova Respublikası ərazisində persona non-qrata elan edilib və ölkəni tərk etməlidir”, - məlumatda deyilir.

Xarici İşlər Nazirliyi Moldovanın Dnestryanı bölgəsində Rusiya prezidenti seçkilərinin keçirilməsi ilə bağlı Rusiya səfirinə etirazını bildirib.

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Rusiya Federasiyasında prezident seçkiləri zamanı Dnestryanı (Moldovanın separatçı bölgəsi ) ərazisində seçki məntəqələrinin işləməsi ilə əlaqədar Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə TASS-a səfirliyin mətbuat xidmətindən məlumat verilib.

"Rusiya Federasiyasının səfiri Rusiya Federasiyasının prezidenti seçkilərində Dnestryanıda səsvermə ilə əlaqədar çağırıldığı Moldovanın Xarici İşlər Nazirliyinə gəlib”, - mətbuat xidməti qeyd edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol