• $
  • £

Belqoroddan uşaqların təxliyəsinə başlanılıb

Belqoroddan uşaqların təxliyəsinə başlanılıb
22.03.2024 16:45
Rusiyanın Belqorod vilayətinin atəşə tutulan rayonlarından olan uşaqların ilk qrupu sağlamlıq düşərgələrində dincəlmək üçün Penzaya yola salınıb.Bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
 
"Bu gün biz uşaqlarımızın ilk qrupunu Penzaya göndərdik. Qrayvoron və Şebekino şəhər dairələrindən, Belqorod rayonundan, həmçinin Belqorod şəhərindən olan oğlan və qızlar uşaq sağlamlıq düşərgələrinə istirahətə yollandılar”, - deyə o bildirib.

Qladkov vurğulayıb ki, uşaqlar və onları müşayiət edən şəxslər, o cümlədən həkimlər, müəllimlər və regional Təhsil Nazirliyinin nümayəndələri üçün ayrıca qatar ayrılıb. Səfər müddətində uşaqlar tam şəkildə isti yeməklərlə təmin olunacaqlar.
 
Qubernator köməyə görə Penza vilayətinin rəhbəri Oleq Melniçenkoya minnətdarlığını bildirib. "Biz razılaşdıq ki, hələlik uşaqlar üç həftə müddətinə qəbul olunacaq, lakin lazım gələrsə və valideynlər razılıq verərsə, cari tədris ilinin sonuna qədər tətil uzanacaq”, - deyə o əlavə edib.
 
Belqorod vilayətinin hakimiyyət orqanları doqquz minə yaxın uşağın digər bölgələrə təxliyə edilməsi ilə bağlı qərar verib. Buna səbəb bölgənin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulmasıdır. Martın 22-də 1,2 min uşağın Penza, Tambov və Kaluqaya, daha sonra Stavropol diyarına yola salınması nəzərdə tutulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol