• $
  • £

İsveçrə bankları rusların hesabları bağlamağa başlayıb

İsveçrə bankları rusların hesabları bağlamağa başlayıb
27.03.2024 14:30
İsveçrə bankları Rusiya vətəndaşlığı olan müştərilərin hesablarını bağlamağa başlayıblar. Bu barədə  İsveçrənin Leolex hüquq firmasının idarəedici partnyoru Roman Kudinov jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, problemlə UBS və Credit Suisse-nin ikili vətəndaşlığı olan bir neçə müştərisi qarşılaşıb. Onların hamısı İsveçrədə vergi ödəyir, Rusiyada isə heç bir gəlir əldə etmirlər və vergi ödəmirlər.

ITSWM şirkətlər qrupunun partnyoru Ekaterina Popova deyir ki, indi İsveçrə bankları müştərilərinin Rusiya ilə hər hansı əlaqəsinə baxılır. Onun təcrübəsində bu il belə bir hal olub ki, banklardan biri əməliyyatları yoxladıqdan sonra uzun illər əvvəl Rusiyadakı qayınanasına bir neçə yüz avro köçürdüyü üçün İsveçrə vətəndaşının hesabını bağlayıb.
 
"Lakin onun Rusiya pasportu yox idi",  - Popova deyib. 

Amond & Smith hüquq firmasının bank təcrübəsinin rəhbəri İvan Tixonenok deybr ki, İsveçrə banklarından biri Rusiya pasportunu saxlayan bir neçə İsrail vətəndaşı üçün hesab açmaqdan imtina edib.
 
Onun sözlərinə görə, banklar şirkətin müştəriləri ilə gələcək qarşılıqlı əlaqə üçün Rusiya vətəndaşlığından imtinanın sənədli təsdiqini tələb ediblər.

Bu şirkətdəki mənbə jurnalistlərə bildirib ki, başqa bir bank Rusiya vətəndaşlığı və İsveçrədə yaşayış icazəsi olan Rusiya konsaltinq şirkətlərindən birinin müştərisinin hesabını bağlayıb.

Delcredere Vəkillər Kollegiyasının hüquqşünası Artem Kasumyan deyir ki, ayrı-ayrı İsveçrə banklarının ikili vətəndaşlığı olan rusların hesablarını bağlamaq qərarı uyğunluq mülahizələri ilə bağlıdır.
 
O qeyd edib ki, müştərinin Rusiya pasportunun olması bankları əlavə çeklərə vəsait xərcləməyə məcbur edir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Keşm adası və Bəndər-Abbas limanında partlayış səsləri eşidilib - Yenilənib
Dünya 23:46
Keşm adası və Bəndər-Abbas limanında partlayış səsləri eşidilib - Yenilənib
Tramp və Lula da Silva ticarət məsələlərini müzakirə ediblər
Dünya 23:35
Tramp və Lula da Silva ticarət məsələlərini müzakirə ediblər
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2 700-ü ötüb
Dünya 23:19
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2 700-ü ötüb
İlon Mask və “X” platformasına qarşı araşdırma başlayıb
Dünya 22:30
İlon Mask və “X” platformasına qarşı araşdırma başlayıb
Ermənistanın səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 21:57
Ermənistanın səfiri Rusiya XİN-ə çağırılıb
Rusiya atəşkəs elan edib
Dünya 20:15
Rusiya atəşkəs elan edib
Rubio Roma Papası ilə görüşüb
Dünya 19:25
Rubio Roma Papası ilə görüşüb
Rüstəm Umerov Mayamiyə səfər edib
Dünya 19:10
Rüstəm Umerov Mayamiyə səfər edib


İsrailin müvəqqəti işlər vəkili İspaniya XİN-ə çağırılıb
Dünya 17:47
İsrailin müvəqqəti işlər vəkili İspaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol