• $
  • £

İsrail Prezidenti İranın hücumunu müharibə elanı adlandırıb

İsrail Prezidenti İranın hücumunu müharibə elanı adlandırıb
14.04.2024 21:41
İsrail Prezidenti İsxak Hersoq İranın İsrailə hücumunu müharibə elanı adlandırıb.Bu barədə Prezident Böyük Britaniyanın "Sky News” telekanalına müsahibəsində bildirib.

"Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, İranın marionet qüvvələri atəş açırdı, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq <…> Bu, əsil müharibəyə bənzəyir. Yəni bu, müharibə elanıdır”, – Hersoq vurğulayıb.

Bununla yanaşı, Prezident İsrailin ərazisinin atəşinə tutulmasına cavabının necə ola biləcəyi sualına cavab verməkdən yayınıb:
"Biz həmişə müttəfiqlərimizi və tərəfdaşlarımızı dinləyirik və onların nöqteyi-nəzərinə hörmət edirik. Biz əlimizdə olan bütün variantları nəzərdən keçiririk və artıq dediyim kimi, vətəndaşlarımızı qorumaq üçün lazım olan hər şeyi edəcəyik. Mən, əlbəttə ki, indi aparılan işlərin operativ təfərrüatlarına toxunmayacağam”.
"Biz müharibəyə can atmırıq”, – siyasətçi vurğulayıb.

O həmçinin beynəlxalq ictimaiyyəti İrana və Tehranın, Hersoqun sözlərinə görə, regionda və dünyada yürütdüyü "sabitliyi pozan siyasətinə” qarşı birləşməyə çağırıb:

"Dünyanın Tehrandakı şər imperiyanın üzünə baxmaq və İran rejiminə buna dözülməyəcəyini açıq şəkildə söyləmək vaxtı çatıb”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putinlə Pezeşkian telefonla danışdı
Dünya 10:28
Putinlə Pezeşkian telefonla danışdı
İranda 4,1 maqnitudada zəlzələ olub
Dünya 09:09
İranda 4,1 maqnitudada zəlzələ olub
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
Dünya 19:30
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
Dubayda partlayış olub
Dünya 18:19
Dubayda partlayış olub
Polşa hava məkanını üç ay müddətinə bağlayır
Dünya 17:50
Polşa hava məkanını üç ay müddətinə bağlayır


Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
Dünya 17:20
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb


Saatlıda qonşularını qətlə yetirən ata və oğulun cəzası artırılıb
Dünya 16:30
Saatlıda qonşularını qətlə yetirən ata və oğulun cəzası artırılıb

Macarıstanda saxlanılan Ukrayna vətəndaşları ölkədən qovulacaq
Dünya 16:19
Macarıstanda saxlanılan Ukrayna vətəndaşları ölkədən qovulacaq
“Azeri Light” nefti 6,8% bahalaşaraq 87,9 dollara yüksəlib
Dünya 09:40
“Azeri Light” nefti 6,8% bahalaşaraq 87,9 dollara yüksəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol