• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Sənəddə "dondurulma" anlayışı yoxdur - KTMT sədri Ermənistan barəsində danışıb

Sənəddə
16.04.2024 17:20
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) "dondurulma" anlayışı sənədlərdə öz əksini tapmayıb. Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib. 
 
""Dondurulma” anlayışı KTMT sənədlərində öz əksini tapmayıb, ona görə də mövcud vəziyyətə münasibətdə ondan istifadə etməyəcəyik. Ermənistan həqiqətən də Təşkilatın üzvü kimi fəaliyyətinin miqyasını əhəmiyyətli dərəcədə azaldıb, lakin buna baxmayaraq, iş davam edir, Katibliyin gündəliyinə daxil olan bütün məsələlər işçi qaydada müzakirə olunur. Eyni səviyyədə fəaliyyəti bərpa etmək qərarı yalnız Ermənistan Respublikasının siyasi rəhbərliyindən asılıdır. Və bu məsələyə aydınlıq gətirmək, ilk növbədə, düzgün planlaşdırma üçün assosiasiyamızın bütün iştirakçıları üçün faydalı olardı", KTMT-nin baş katibi Rusiya mətbuatına müsahibəsində bildirib. 
 
Bundan əvvəl Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) "Ermənistanın suveren ərazilərini işğal etdiyi” barədə siyasi bəyanət gözlədiyi ilə bağlı açıqlama verib. 
 
İyunda KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. 


Bundan əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, əgər təşkilat "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir” sualına cavab verməsə, İrəvan KTMT-dən çıxacaq.
 
Hazırda Ermənistan KTMT-dakı fəaliyyətini dondurduğunu açıqlayıb. 
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə Məhəmməd peyğəmbərin karikaturasına görə cinayət işi açılıb
Dünya 08:58
Türkiyədə Məhəmməd peyğəmbərin karikaturasına görə cinayət işi açılıb
London məhkəməsi İsrailə F-35 hissələrinin ixracına etirazı rədd edib
Dünya 08:46
London məhkəməsi İsrailə F-35 hissələrinin ixracına etirazı rədd edib
Hakerlər Trampın müttəfiqlərindən oğurlanmış məktubları yaymaqla hədələyir
Dünya 08:42
Hakerlər Trampın müttəfiqlərindən oğurlanmış məktubları yaymaqla hədələyir
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Dünya 23:50
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
Dünya 23:30
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Dünya 23:21
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
Dünya 22:38
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Dünya 22:24
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Paşinyan Kaya Kallasla görüşüb
Dünya 21:25
Paşinyan Kaya Kallasla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol