• $
  • €
  • ₽
  • ₺
  • £

İran neft tankerini ələ keçirib

İran neft tankerini ələ keçirib
29.07.2024 17:26
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri Fars körfəzində qaçaqmalçılıq yolu ilə neft daşıyan tankeri saxlayıb. Bu barədə  Mehr xəbər agentliyi məlumat verib.

"Gəmi İran barjalarından qaçaqmalçılıq yolu ilə yanacaq yükləyən Araş neft yatağının yaxınlığında, Fars körfəzinin şimalında olub, məhkəmə orqanlarının qərarı ilə saxlanılıb", - İran İnqilab Keşikçiləri Korpusunun bəyanatında deyilib.

Saxlanılan Pearl G gəmisi Toqo bayrağı altında üzürdü. Tankerin sahibi BƏƏ-də yaşayan İraq vətəndaşıdır.

İlkin hesablamalara görə, gəmidə ən azı 700 min litr qaçaq neft olub. Hazırda insident araşdırılır; tankerin özü və Hindistan əsilli doqquz ekipaj üzvü İran limanına göndərilib.

Keçən həftə Yaxın Şərq mediası Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan, lakin 1,5 milyon litr həcmində daha bir Toqo tankerinin saxlanması barədə məlumat yayıb.
 
N.Təbrizli



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol